Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanlılar ölkəni gürcülərdən az sevmirlər”

Tarix: 28-04-2019 14:05     Baxış: 3214 A- / A+
Gürcüstan parlamentinin deputatı: “Azərbaycanlılar ölkəni gürcülərdən az sevmirlər”

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev son günlər yaşanan hadisələrə reaksiya verib, münasibətini bildirib.

Manevr.az aktor.az-a istinadla parlament üzvünün fikirlərini diqqətə çatdırır:

“İrakli Okruaşvilini xatırlayırsınızmı? Keçmiş Daxili İşlər, Müdafiə və İqtisadiyyat naziri (bir həftəlik). O qərara gəlib ki, Bidzina İvanişviliyə ağıl öyrətsin. O, bunu, özünün dediyi kimi, illər öncə baş vermiş hadisənin nümunəsində izah etməyə çalışıb. O, 2005-ci ildə Azərbaycanın daxili işlər naziri ilə Candar gölündə, təmtəraqlı açılmış süfrədə necə görüşdüyünü, onu necə sərxoş etdiyini və məsələnin öz xeyrinə həll olmayacağı təqdirdə, üç günə sərhəddə 500 min qaçqın (söhbət azərbaycanlılardan gedir – red.)c əmləyəcəyi barədə hədə qorxu gəldiyini qeyd edib sosial şəbəkədə. Daha konkret desək: ” Azərbaycanlı həmkarıma dedim ki, əgər sabah bu problemi bizim xeyrimizə həll etməsəniz, daha üç stəkan içəcəyəm və səhər Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəksiniz. Bilirsən ki, bunu edə bilərəm…” .

Yəni Okruaşvili birbaşa qeyd edib ki Gürcüstanda yaşayan azərbaycanlıları bir gündə vətənimdən alıb sərhədə qoyacaq. Həqiqətən Vətəndən! Çünki azərbaycanlılar əsrlərdir Gürcüstanda yaşayır və Gürcüstan onların öz vətənidir. Azərbaycanlılar gürcü torpağında yad deyillər və ölkəni gürcülərdən az sevmirlər. Azərbaycanlılar Gürcüstanın inkişaf etməsinə gürcülərdən daha çox öz töhfəsini verməyə çalışırlar. Azərbaycan kəndlərində mövcud olan qədim qəbir daşları əsrlərdir mövcuddur, bizim əcdadlarımız Gürcüstanda doğulurdular, Gürcüstan üçün yaşayırdılar və Gürcüstan üçün ölürdülər. Okruaşvilinin bəyanatı isə separatizmin birbaşa ifadəsidir …

Şalva Natelaşvili olmayan qığılcımdan atəş çıxartmağa cəhd etdi və hətta hakimiyyətdən BMT-nin Təhlükəsizlik Şurasını çağrılmasını tələb etdi. Natelaşvili və hər kəs bilməlidir ki, Azərbaycan heç bir zaman Gürcüstana qarşı aqressiya (təcavüz)həyata keçirməyəcək və heç bir zaman onun ərazisini işğal etməyəcək. Necə ki, Gürcüstan heç bir zaman Azərbaycana qarşı aqressiv olmayacaq və heç bir zaman ərazisini işğal etməyəcək. Niyə? Çünki bu iki qonşu dövlət arasında əsrlər boyu qardaşlıq münasibətləri olub və bu əlaqələr əsrlərlə davam edəcək. Bəli, hər bir azərbaycanlı fəxr edir ki, Gürcüstan öz vətənidir, burada yaşayan hər bir azərbaycanlını Gürcüstanın kədərinə üzülür və Gürcüstanın uğuruna sevinir. Bunu heç kim silə və dəyişə bilməz. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bu qürurlu ölkənin qürurlu övladlarıyıq. Odur ki, bu cür açıqlamalar yolverilməzdir”.

Xatırladaq ki, bir neçə gündür Gürcüstanın bəzi siyasətçiləri Azərbaycana, Gürcüstanda yaşayan soydaşlarımızın ünvanına qeyri-konstruktiv ifadələr, bəzi hallarda isə təhqirlər yağdırmaqdadırlar.İnanırıq ki, bu ölkənin sağlam düşünən siyasətçiləri, elm admaları və aydınları öz münasibətini bildirəcək, bu cür naşı bəyanatlara sərt mövqelərini ortaya qoyacaqlar.
Gürcüstan parlamentinin deputatı: “Azərbaycanlılar ölkəni gürcülərdən az sevmirlər”



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar