Xəbər lenti
25 il sonra şok etiraf: Soyqırımda bu ölkənin əli var

İsrail Ruandada 800 min insanın ölümünə səbəb olan qətliamlara dəstək verib və qətliamla bağlı məlumatları gizlədib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Ruandadakı keçmiş təmsilçisi və insan hüquqları müdafiəçisi Aryeh Levin deyib.
"Yerli və beynəlxalq tələblərə baxmayaraq, İsrail hələ də qətliamları təşkil edən Ruanda rejimi ilə münasibətlərini gizlədir", - Levin bildirib.
Ruanda soyqırımında Tutsi qəbilələrinə qarşı həyata keçirilən hücumların İsrail silahlarının istifadəsi ilə başladığını bildirən Levin iki ölkə arasındakı münasibətlərin 60-cı illərdən etibarən yarandığını qeyd edib.
Levin həmçinin MOSSAD-ın ruandalı məmurlara təlim keçdiyini bildirib.
Qeyd edək ki, 1994-cü ildə Ruandada 100 gün ərzində təxminən 800 min insan qətlə yetirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar