Xəbər lenti
“Borçalı” bu iki gürcüdən üzr tələb etdi
Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili və sabiq müdafiə naziri İrakli Okruaşvilinin aqressiv formada etnik kimliyimizə və tariximizə həqarət dolu bəyanatı qəbuledilməzdir və son zamanlar Gürcüstanda müəyyən dairələr tərəfindən Azərbaycana qarşı vüsət alan təxribatın tərkib hissəsinə bənzəyir.
Manevr.az xəbər verir ki, bu sözlər Borçalı Cəmiyyətinin yaydığı bəyanatda əksini tapıb. Qurum son günlər gürcüstanda bəzi millətçi çıxışları kəskin pisləyib:
"Borçalı Cəmiyyəti" hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən hər hansı addımın atılmasına yol verən, kimliyindən asılı olmayaraq, iki xalqın taleyi və bütövlükdə region qarşısında məsuliyyət hissini itirmiş təxribatçı hesab olunmalıdır. Biz bu hadisəni pisləməklə, Şalva Natelaşvilinin və İrakli Okruaşvilinin üzr istəməsini tələb edir və Azərbaycanın Xarici İşlər Nazirliyinin David Qareci (Keşikçidağ) məbədi ilə bağlı danışıqların yekununa dair rəsmi açıqlama verməsini və Gürcüstanla diplomatik məsləhətləşmələrə təşəbbüs göstərməsini doğru hesab edirik”.
Borçalı Cəmiyyəti eyni zamanda soydaşlarımızı yaranmış vəziyyəti düzgün dəyərləndirərək, dözümlü olmağa və sosial şəbəkələrdə iki xalq arasında etimadı zədələyəcək açıqlamalara yol verməməyə çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar