Xəbər lenti
Polislər barədə sahiblərini xəbərdar edən tutuquşu saxlanılıb
Braziliyada narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən sahiblərini polisin yaxında olduğu barədə xəbərdar edən tutuquşu saxlanılıb, media bildirir.
Hadisə Teresine şəhərdəki Vila Irma Dulce rayonunda hüquq-mühafizə qüvvələrinin əməliyyatı vaxtı baş verib.
Polis evə girərkən quş portuqalca "Vay anam, polis!" deyə qışqırıb.
"Bunun üçün təlim keçmiş olmalıdır. Polis yaxınlaşan kimi qışqırdı", - əməliyyatda iştirak edən hüquq-mühafizəçilərdən biri deyib.
Quşun Teresine zooparkına təhvil verildiyi bildirilir.
Susmaq haqqı
Braziliyalı jurnalistlərdən birinə əsasən, quş sanki susmaq hüququndan istifadə edir:
"O, indiyə qədər heç bir səs çıxarmadı".
Baytar Alexandre Clark da deyir ki, "çox sayda polis zabiti gəlib getdi amma heç nə söyləmədi".
Quşun sahibi keçmişdə narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında iki dəfə həbs edilmiş "İndia" adı ilə tanınan şəxsdir.
Onun 30 yaşlı əri də evdə kokain aşkar olunandan sonra saxlanılıb.
Qlobo televiziyasının xəbərinə görə cütlüyün 16 yaşlı qızı paltaryuyan maşında narkotiklərin tapılması ilə bağlı xəbərdarlıq alıb. Məlumatda onun sərbəst buraxıldığı deyilir.(BBC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar