Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Kim Çen İnin beynini yudu, dedi get…” – ŞƏRH

Tarix: 27-04-2019 11:53     Baxış: 2232 A- / A+
Putin Kim Çen İnin beynini yudu, dedi get…” – ŞƏRH


Əslində Koreya yarımadasını parçalayan Stalinin dövründə ruslar olub. Yarımada ilə bağlı proseslərdə müəyyən irəliləyiş vardı. Şimali Koreyanın hərdəmxəyal prezidenti Kim Çen İn ABŞ-ın heç də ondan geri qalmayan prezidentinə vədlər vermişdi. Amma görünür, Rusiya faktoru daha fəal işlədi. Rusiyanın xüsusi xidmət orqanları Kim Çen İni mövqeyindən döndərə bildilər və Putinlə görüşünü təşkil etdilər.

Bu sözləri politoloq Qabil Hüseynli Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İnin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya harada qaynayan nöqtə, beynəlxalq sülh üçün təhlükə varsa, dərhal oraya can atır: “Diqqətçəkən fakt da ondan ibarətdir ki, Putin əlinə düşən bu fürsətdən həm təbliğat, həm də ABŞ-ı amansızca tənqid etmək istiqamətində xeyli səy göstərdi. Putin söylədi ki, birdən-birə müstəqil dövlətə qarşı bu qədər ağır tələblər irəli sürmək olmaz, belə məsələləri həll etmək lazımdırsa, onu yavaş-yavaş həyata keçirirlər. Halbuki heç kəsə sirr deyil ki, Şimali Koreya nə ballistik raketlər, nə də nüvə silahı istehsal etmək potensialına malikdir. Bunların hamısını onlara Kim Çen İnin “Xalqlar atası” deyilən babasının dövründə keçmiş Sovet ittifaqı verib. Dünyada olmayan şeyləri də onun adına yazırdılar. Amma bu nəsil Koreya xalqını çox yaman günə salıb, insanlar bəlkə də Afrikanın ən geridə qalmış tayfalarından da pis şəraitdə yaşayır”.

Qabil Hüseynli vurğulayıb ki, ABŞ Şimali Koreya ilə münasibətləri düzəltməyə xeyli cəhd göstərib, amma son Rusiya səfərindən sonra təşəbbüs nəticəsiz qalacaq: “Donald Tramp bu ölkənin ağılsız prezidenti ilə iki dəfə görüş keçirdi, qarşıda Şimali Koreyanı ballistik və nüvə silahı istehsalından çəkindirmək dururdu. Əvəzində Birləşmiş Ştatlar blokadanı aradan qaldırmaq istəyirdi. ABŞ-ın daha uzağa gedən niyyəti də Şimali və Cənubu yaxınlaşdırmaq, hətta birləşdirmək idi. İndi təşəbbüs Putinə keçib.

O, bu fürsətdən istifadə etməyi məharətlə bacarır, Kim Çen İnin beynini yaxşıca yudu, dedi get, otur oturduğun yerdə, ABŞ-la heç bir təmasa girmə, nəyə ehtiyacın olsa, Rusiya sənə verəcək, ballistik raketlər istehsal elə, bu raketlərə lazım olan motoru sənə verəcəyəm ki, ABŞ-ın istənilən nöqtəsini vura biləsən. Putin ilanı Seyid Əhməd əli ilə tutmaq taktikasına əl atdi”.

Politoloqun fikrincə, şad-xürrəm Pxenyana geri qayıdan Kim Çen İn Putinin onun qarşısında qoyduğu tədbirləri həyata keçirməyə, təkcə ABŞ yox, həm də öz dilində danışan qardaşları, dünyanın sənaye nəhəngi, ən qabaqcıl ölkələrindən biri olan Cənubi Koreyaya qarşı müxtəlif “layihələr” hazırlamağa başlayıb.

Qabil Hüseynli hesab edir ki, bununla da gərginliyin aradan qaldırılması, Şimali və Cənubi Koreya arasında münasibətlərin normallaşdırılması bir neçə illiyə təxirə düşdü: “ABŞ-la əlaqə isə Putinin kuklasının təhdidləri altında davam edəcək”. (teleqraf.com)
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar