Xəbər lenti
Mixail Qorbaçov xəstəxanaya düşdü

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
Bu barədə TASS agentliyi SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.
Rejissor, eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.
“Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”.
Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib və onun premyeraya getmək planı olmayıb.
Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, “Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar