Xəbər lenti
Şri Lankada ölənlərin sayı 359 nəfərə çatdı

Şri Lankada kilsə və otellərdə törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.
Manevr.az xəbər verir ki, bu barədə “Ada Derana” portalı məlumat yayıb.
Daha əvvəl 321 nəfərin öldüyü məlum idi.
Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri Lankada silsilə partlayışlar törədilib. Daha bir partlayıcı qurğu isə aprelin 22-də Kolombo şəhərində yük maşınında aşkarlanıb və zərərsizləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan 41 adamın cəsədi hələ də tanınmamış qalır.
Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar