Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranın Ərdoğana verdiyi hesabatda HANSI SİRLƏR VAR? - ABŞ kəşfiyyatı və MOSSAD HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 22-04-2019 07:06     Baxış: 2209 A- / A+
İranın Ərdoğana verdiyi hesabatda HANSI SİRLƏR VAR?
ABŞ kəşfiyyatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğana verdiyi deyilən hesabatın arxasındadır.

Bu haqda “Habertürk”ün yazarı Sərdar Turqut bildirib.

Onun sözlərinə görə, bütün Amerika kəşfiyyatı bu hesabat üçün hərəkətə keçib.

Xəbər verildiyi kimi, Məhəmməd Cavad Zərif Dəməşqdə Bəşər Əsədlə görüşdən sonra Ankaraya gəlmiş və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşmüşdü. İranın xarici işlər naziri keçirilən birgə mətbuat konfransında Əsədlə görüş haqqında prezident Ərdoğana bir hesabat təqdim edəcəyini söyləmişdi. Türkiyəli yazarın sözlərinə görə, ABŞ kəşfiyyatı Astana formatının üzvləri olan Türkiyə və İranın Suriya mövzusunda nələri danışdığını, həmçinin Əsəd ilə keçirilən görüşün məzmununu öyrənmək istəyir.

“Məsələnin Suriya ilə bağlı olması qətidir ABŞ məlumatları Rusiyanın ondan əvvəl alacağına əmin olduğu üçün yüksək səviyyədə narahatlıq keçirir”, - Sərdar Turqut yazıb.

Onun sözlərinə görə, amerikalılar xüsusilə, Fəratın şərqi ilə əlaqədar yeni bir qərarın qəbul olunub-olunmadığı ilə maraqlanırlar. Söhbət qəbul olunacaq qərarın ABŞ-ın əməkdaşlıq etdiyi YPG/PYD terror təşkilatına necə təsir edəcəyindən gedir.

Yazar qeyd edir ki, bəzi mənbələr ABŞ-ın İrandakı MOSSAD-ın (İsrail kəşfiyyatı –red.) varlığından istifadə edərək məlumat almaq istədiyini bildirirlər. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar