Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

​VAŞİNQTONDAN S-400 TƏHDİDİ: “Tramp Türkiyənin iqtisadiyyatını pozacaq”

Tarix: 16-04-2019 05:18     Baxış: 2203 A- / A+
​VAŞİNQTONDAN S-400 TƏHDİDİ:

ABŞ Xarici İşlər Nazirliyinin müşaviri Con Sitidilis S-400 sistemlərinin alınması ilə bağlı qalmaqallı açıqlama verib: “Tramp Türkiyənin iqtisadiyyatını pozaraq, Ərdoğanı Beynəlxalq Valyuta Fonduna müraciət eləməyə məcbur edəcək”.

O, bu açıqlamanı “Amerikanın səsi”nə müsahibəsində verib. Con Sitilides, Vashinqton ilə Türkiyə arasındakı S-400 böhranı, F-35-lərin vəziyyəti və iqtisadi embarqo təhdidlərindən danışarkən deyib: “Prezident Tramp Türkiyəni iqtisadi şəkildə cəzalandıracağı barəsində çox qəti danışıb. Türkiyə bu cür sanksiyalara davam gətirə biləcək vəziyyətdə deyil. Rəsmi şəkildə resesyona daxil olarsa, iqtisadiyyatı xilas eləmək üçün BVF-dən kredit almağa məcbur ola bilər. Nəzarətdən çıxmış bir inflyasiya, işsizlik və çox ciddi borc böhranı qarşınızdadır. Məncə, möhtərəm Ərdoğan bu səbəbdən siyasətdə xal qazanmaq və ya da türk xalqında Amerika və NATO-ya qarşı mənfi münasibəti körükləmək üçün Türkiyə iqtisadiyyatını yıxmamağa diqqət eləməlidir”.

“Ərdoğan ABŞ-a qarşı güclü mövqe nümayiş etdirir”

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Türkiyəyə qarşı misli görünməmiş dərəcədə təzyiq göstərdiyini bildirərək Rusiyanın prezident Ərdoğanın bu təzyiqə qarşı güclü şəkildə davam gətirməsini məmnuniyyətlə qarşıladığını bildirib. “Rusiya-1” televiziya kanalına müsahibə verən Peskov deyib: “Prinsipdə suveren olraq, müstəqil şəkildə hərəkət edə bilən ölkələr barmaqla sayılacaq dərəcədə azdırlar. Türkiyə də bu ölkələr kateqoriyasına daxildir”.

“Amerika ilə Türkiyənin yolları getdikcə uzaqlaşır”

Stilides “Amerikanın səsi”nə müsahibəsində deyib: “Amerika və Türkiyə öz hədəflərinə çatmaq üçün bir-birilərindən uzaqlaşan yollara yönələnlərə bənzəyirlər. Arizonadakı bazaya üç ədəd F-35 hərbi təyyarəsi göndərildi. Türk pilotlarının təlimi davam edir. Lakin bu təyyarələr hələ Türkiyəyə təhvil verilməyib. S-400 razılaşmasının həyata keçəcəyi təqdirdə təhvil veriləcəyini güman etmirəm”. turaninfo.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar