Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alla Puqaçovadan qiymətli fikirlər: “50 yaşdan sonra insanın üzündə...”

Tarix: 15-04-2019 21:26     Baxış: 3299 A- / A+
Alla Puqaçovadan qiymətli fikirlər: “50 yaşdan sonra insanın üzündə...”

Bu gün Rusiya estradasının primadonnası Alla Puqaçovanın doğum günüdür.
Manevr.az xəbər verir ki, meqa ulduz 70 illik yubileyini qeyd edir. Və qeyd etmək lazımdır ki, Primadonna həm də çox ağıllı qadındır, onun sitatlarını Faina Ranevskaya kimi böyük aktrisanın fikirləri ilə müqayisə etmək olar.

70 illik yubileyi münasibəti ilə Alla Borisovanın çoxsaylı müsahibəsi zamanı dediyi sitatlarını toplamışıq.

1. Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.

2. Müsahibə ilə tövbə və etirafı qarışdırmaq lazım deyil.

3. Sevgi qəlbin elə bil vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.

4. Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.

5. Hesab edirəm ki, məhəbbət - böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir.

6. Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.

7. Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.

8. Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.

9. Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.

10. Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.

11. Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.

12. Vərdiş çox çirkin ifadədir.

13. İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir.

14. Sizə həqiqəti deyən adamlarla münasibət qurmaq lazımdır.

15. Əziz xanımlar, kişi ilə münasibətdə hər şeydən əvvəl siz yumor hissini itirməməlisiniz,onda hər şey yaxşı olacaq.

16. Sehrli dəyənəyim olsaydı, onunla çox iş görərdim. Bəzilərinin hətta başına vurardım.

17. Nə qədər ki, özümüzə səhv etməyə icazə verə bilirik, deməli, hələ gəncik.

18. Səhv etmək deyil, onları özünlə daşımaq dəhşətlidir.

19. Mən belə dərd çəkirdim: əvvəlcə 5 dəqiqə ağlayır, daha sonra 5 dəqiqə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım.

20. Məni mənəviyyatca zənginləşdirə bilən adamlar həmişə cəlb edib. Hətta əclaf olsa belə.

21. Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur.

22. Özünü sevmirsənsə, başqaları niyə səni sevsin ki? İlk növbədə özünü sevməlisən.

23. Səhnədən göz yaşları içində deyil, sevinc və fərəh hissiylə gedəcəyəm.

24. Üç dəfə ərdə olmuşam, hər biri ilə çox xoşbəxt idim. Bədbəxt ərlərim idi, çünki onları səhnəyə qurban verdim.

25. Dürüstlüyüm imkan vermir, özüm də xoşlamıram ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram.

26. İstənilən qadın həmişə aktrisadır. Əgər pis aktrisadırsa,o, uduzacaq.

27. Heç nə mənim əlvan əhval-ruhiyyəmi korlaya bilməz.

28. 50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır.

29. Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyətcə, eynidir, lakin daim dəyişir, bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar