Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Stress və yuxusuzluqdan şikayətlənən əsgəri simulyant adlandırdılar: Çıxış yolunu intiharda tapdı

Tarix: 15-04-2019 17:17     Baxış: 3309 A- / A+
Stress və yuxusuzluqdan şikayətlənən əsgəri simulyant adlandırdılar: Çıxış yolunu intiharda tapdı


Ermənistanın Apelyasiya məhkəməsində erməni əsgər A. Arturla bağlı apelyasiya şikayətinə baxılması prosesi başa çatıb.

Manevr.az ordu.az-a istinadən xəbər verir ki, məhkəmə Armavir vilayət məhkəməsində keçirilib.
İlkin araşdırma zamanı mayor A.Arturun 2009-cu ildə hərbi hissənin tibb məntəqəsinin rəisi təyin edilməsi, 2015-ci ilin mart ayında isə ehtiyata buraxılmasını təsdiq edilib. Sünik vilayət sakini D.Ruben adlı çağırışçı 2013-cü ilin yanvarında səhhətində heç bir məhdudiyyət olmadan hərbi xidmətə çağırılıb və tank taborunda xidmətə başlayıb. 2012-ci ildə hərbi xidmətdən əvvəl onun qısa müddətli yadddaş pozgunluğu olub. Onun mülkidə olarkən tam tibbi müayindən imtina etdiyi bildirilir.

Onu hərbi tibbi həkim komissiyasına şikayət etmədiyinə və xəstəlik aşkarlanmadığına görə hərbi xidmətə aparılıb. İlk vaxtlarda şikayəti olmasa da, daha sonra sinir sistemində və psixoloji durumunda problem yaranmağa, əsgər yoldaşları ilə təmas qurmaqdan yayınmağa başlayıb. 14 avqust-4 sentyabr 2013-cü il tarixlərində problemləri ilə bağlı bölük komandirinə tez-tez müraciət edərək, dəfərlərlə tibb məntəqəsində müalicə olunub, tam ayrı diaqnoz verilib.

İttihama görə, 2013-cü il avqustun 16-da növbəti dəfə səhhətində problem yaranıb və zabitin müşayiəti ilə tibb məntəqəsinə aparılıb. Onun tibb məntəqəsində həkimlərə əsəbi cavablar verməsi onu gətirən zabit tərəfindən tabor komandirinə bildirilib. Taborun iki səlahiyyətli zabiti tibb məntəqəsində onun vəziyyəti ilə maraqlanıb. Əsgərin zabitlərlə qəribə davrandığı bildirilir. Zabitlər onun davranış tərzini qəribə dəyərləndirib.

Tibb məntəqəsindən çıxarılsa da, o yenə səhhətindən şikayət edib. Dəfələlə şikayəti əsasında tibb məntəqəsinə yerləşdirildiyi qeyd olunur. Sentyabrın 4-də son dəfə müraciət edib və onu müyainə edən mayor A. Artur adlı hərbçiyə bildirib ki, əvvəlki taboruna geri qaytarılmasını istəyir.

Bildirilir ki, tibb xidməti rəisi, mayor A. Artur vəzifə borclarına səhlənkar yanaşaraq, onun şikayətinə diqqət etməyib. Tibb xidməti rəisi əsgərin xəstə olmadığı, simulyantlıq etdiyi barədə şayiə yayıb. Xəstə hərbi qulluqçunun növbəti müraciəti zamanı aralarında olan danışığın səs yazısını qeydə alıb. İttihama görə, həkim əsgərin şikayətlərinə lqeyd münasibət bəsləyib, əsgərə baş çəkən hərbi hissə komandanlığını da inandırıb ki, əsgər simulyantdır.

İttihama görə həkimin yaydığı şayiələrdən sarsılan erməni əsgər çıxış yolunu intahar etməkdə tapıb. 2013-cu ilin oktyabrın 18-də D.Ruben hərbi hissənin taktiki təlim sahəsində əsgər yoldaşlarının iştirakı ilə ona təhkim edilmiş AK-74 markalı avtomat silahdan atəş edərək, həyatına son qoyub. Hərbi hissənin tibb məntəqəsinin rəisi mayor A.Artura qarşı cinayət işi açılsa da, həkim ona qarşı olan ittihamları rədd edib.

İlkin istansiya məhkəməsi həkimin vəzifə səhlankarlığı etdiyini təsdiqləyib. Bəraət verilməsi barədə akta qarşı ittihamçı və zərərçəkən tərəf şikayət təqdim ediblər və apelyasiya məhkəməsində işə baxılıb. İttihamçı tərəf bəraət aktının təmamilə ləğv edilməsini tələb edib. Zərərçəkən tərəf də həkimi səhlənkarlıqda ittiham edib.

Məhkəmə təqdim edilən sübutlara baxış keçirdikdən sonra bəzi ziddiyətli ekspertiza nəticələrinin olduğunu bildirərək, İlkin instansiya məhkəməsinin səhvlərə yol verdiyi qənaətinə gəlib. Məhkəmə ittihamçı və zərərçəkənin apelyasiya şikayətini qismən təmin edib. Cinayət işi üzrə Armavir məhkəməsinin bəraət aktını ləğv ediblər. İşi yenidən araşdırılması üçün ilkin istansiya məhkəməsinə geri qaytarıblar. Tibb məntəqəsinin rəisi, mayor A.Artura qarşı həbs qəti imkan tədbirinə alternativ girov tətbiqi barədə qərar dəyişilməz olaraq saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar