Xəbər lenti
Tramp Türkiyəyə səfər etmək istəyir
ABŞ-nın "Patriot" satmasının zəmanəti yoxdur, satmasa, S-400 ala bilərik.
Manevr.az xəbər verir ki, bunu NTV-yə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dilə gətirib.
İkinci təklifin daha rasional olduğunu bildirən nazir qeyd edib ki, dəyərləndirmələr davam edir.
"ABŞ səfərimiz faydalı keçdi. S-400-ü niyə almaq məcburiyyətində olduğumuzu açıqladıq. "Belə olduğunu bilmirdik" dedilər. ABŞ-ın satmadığını və bizim bir yerdən almağa məcbur olduğumuzu ifadə etdik.
İkincisi, bəzi NATO üzvü ölkələrdə S-300-lər var. Bu, NATO üzvlüyü ilə ziddiyyət təşkil etmir. Bununla bağlı nəsə demək hüququ yalnız NATO baş katibindədir. O, hər hansı bir NATO ölkəsinin istədiyi müdafiə sistemini ala biləcəyini dedi", - nazir vurğulayıb.
Çavuşoğlu həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər edə bilər.
Nazir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışıqları olur:
"Qarşılıqlı səfərlərə gəlincə, cənab Tramp gəlmək istədiyini deyib. Boltona tarixin müəyyənləşdirilməsini söylədik. Cənab prezidentin də (Ərdoğan nəzərdə tutulur - red.) ABŞ-a səfəri mümkündür. Yanlış anlamaların ortadan qalxması və gündəmə fokuslanmaq üçün bu səfərlər zəruridir"./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar