Xəbər lenti
Ermənistanda həqiqətləri yazan tutuldu - Paşinyanın tapşırığı ilə
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin təhlükəsizlik xidmətlərinə "saxta xəbərlər" barədə nəzarəti gücləndirməyi tapşırıb.
Milli.Az Eurasianet-ə istinadla xəbər verir ki, artıq tənqidi yazılar yazan səhifələrdən birinin admini də saxlanılıb. Həmin yazar ölkədəki söz azadlığını tənqid edənlərdən biri idi.
Həmçinin Ermənistanda maye qazın da qiyməti bahalaşıb. Halbuki, Paşinyanın vədinə görə, Rusiyanın Ermənistana satdığı qazın bahalaşması qiymət artımına təsir etməyəcəkdi.
Aprel ayının 4-də Paşinyan parlamentdə çıxışı zamanı qazın qiymətinin süni artırıldığını vurğulasa da, sonradan diqqəti qazın qiyməti ilə bağlı yayılan xəbərlərə və sosial şəbəkələrdəki müxalif yönümlü paylaşımlar edən şəxslərə yönəldib.
"Ermənistanda söz və informasiya azadlığı təmin olunmaqdadır. Amma bəzi məsələlər mətbuat vasitəsi ilə manipulyasiya üçün istifadə edilirsə, bu, artıq mili təhlükəsizlik məsələsinə çevrilir", - Paşinyan çıxışında söyləyib.
"Hətta sosisal şəbəkələrdə də inqilab bayrağı altında "saxta xəbərlər" yayılır ki, bu insanları zorakılığa çağırır. Bu məsələlərin qarşısını alıb, əks hücuma keçməliyik. Ümid edirəm ki, bu məsələdə müvafiq orqan lazımi tədbirlər görəcək", - o, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana öz tapşırıqlarını verib.
Vanetsyan isə səhəri gün Facebook-dakı müxalifyönümlü səhifələrdən birinin admininin saxlanıldığını elan edib. Onun açıqlamasında qeyd olunub ki, admini tutulan səhifədə irqi, dini və etnik ayrı-seçkilik təbliğ olunub. Lakin ətraflı məlumat verməyib.
Qeyd edək ki, sözügedən Facebook səhifəsi Paşinyanın çıxışından sonra yenilənməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar