Xəbər lenti
Məmurlar yalan detektorundan keçiriləcək - Ukraynada
Ukraynada korrupsiya ittihamları ilə üzləşən dövlət müdafiə sənayesi şirkəti “Ukroboronprom” şirkətinin rəhbərləri yalan detektorlarından keçiriləcək.
Manevr.az xəbər verir ki, Ukrayna hökuməti dövlət nəzarətindəki şirkətlərdə korrupsiyaya qarşı ciddi tədbirlər görmək haqda qərar qəbul edib.
Ukrayna Nazirlər Kabinetindən verilən açıqlamada “Müdafiə sənayesi sahəsində şəffaflığın artırılması, idarəçilərin fəaliyyətlərində korrupsiya risklərinin qarşısını almaq məqsədilə tədbirlər planı qəbul edib. Bu plana əsasən yalan detektorlarından istifadə olunacaq” ifadələrinə yer verilib.
Bu tədbirlər çərçivəsində Ukrayna dövlət müdafiə sənayesinin səlahiyyətli əməkdaşları beynəlxalq mütəxəssislərin dəstəyi ilə yoxlanıla bilərlər.
Qeyd edək ki, bir müddət əvvəl internetdə bir araşdırma materialı ortaya çıxıb və həmin materialda Ukrayna Prezidenti Poroşenkonun yaxın çevrəsinə aid olan müdafiə sənayesi sahəsindəki məmurların Rusiya ilə korrupsiya əlaqələrində olduqları iddia edilib. İddiada 9,2 milyon dollarlıq korrupsiya faktından bəhs olunur.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar