Xəbər lenti
Erməni baş nazir çaxır qonaqlığının hesabını verərkən yaxalandı -ŞƏKİL
Ermənistanın tanınmış aktyoru hesab edilən Hovanes Azoyan işğalçı ölkə baş naziri Nikol Paşinyanla birgə yeyib-içməklərinin görüntülərini paylaşıb.
Bu haqda elə Paşinyana yaxın erməni saytları məlumat yayıb. Fotodan bəlli olar ki, üzdəniraq baş nazir H.Azoyandan savayı daha iki nəfərlə birgə hansısa adi bir yeməkxanada süfrə arxasında əyləşiblər. Masada çaxır və digər içki şüşələri də var. Paşinyan gülə-gülə əlindəki erməni əskinasını yanındakına uzadır. Aktyor bildirir ki, baş nazir yeyib-içməyin hesabını ödəyib.
Xatırladaq ki, həmin Hovanes Azoyan ad-soyadlı aktyor N.Paşinyanla köhnə dostdur. İndiki baş nazir hələ Serjik Sarkisyanın vaxtında həbsdə olarkən bu aktyor onun barəsində tez-tez media və mitinqlərdə çıxışlar edib.
P.S. Əsl bayağı aktyor, maronetka elə iplərinin biri Qərbin, o biri Rusiyanın əlində olan Paşinyanın özüdür. Bu cür foto-görüntüləri paylaşdırmaqla erməni ictimaiyyətində özünün “sadə, təvazökar bir insan” obrazını yaratmağa çalışır. Amma alınmır, elə gündə kafeləri sülənən və "mavi"lərə dəstək verən əsil alkoqolikə bənzəyir... moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar