Xəbər lenti
Çin yumurta və düyüdən sonra bu məhsulların da SAXTASINI BAZARA BURAXDI
Çində istehsal olunan sintetik düyü və yumurtanın son illərdə Azərbaycan və bir çox ölkənin bazarlarına yol tapdığı deyilir.
Düyü istehsal olunan yeganə sintetik məhsul deyil. Məlum olub ki, yaşıl noxud, yumurta, alma, hətta darçın kimi məhsulların da saxta verisyaları istehsal olunur.
Yaşıl noxud
Yaşıl noxudun saxta versiyası soya paxlası, lobya, rəngləndirici və sodium metabisülfitin birləşməsindən əldə edilir. Halbuki sodium metabisülfit xərçəng və metabolizma problemlərinin inkişafı riskini aratırdığı üçün bir çox ölkədə qadağandır.
Odur ki, yalnız etibar etdiyiniz istehsalçılardan yaşıl noxud alın. Rəngi həddən artıq yaşıldırsa, deməli, məhsulda boyaq maddələri var.
Yumurta
Çin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, saxta yumurta benzoik turşusu, natrium alginat və bir çox digər zərərli komponentləri ehtiva edir. Bu problem əsasən Asiya ölkələrində olmasına baxmayaraq, yumurta alarkən diqqətli olmalısınız.
Saxta yumurtanın qabıqları daha sərt, ölçüsü isə adətən daha böyükdür. Əgər qabığı normaldırsa, sarısına diqqət edin.
Alma
Təəccüblüdür ki, hətta alma da saxta ola bilər. Saxta almalar kimyəvi maddələrlə yetişdirilir. İstehsal tarixini uzatmaq üçün bu almalar mumlanır. Odur ki, belə almaları yemək sağlamlığınıza zərər verir.
Kimyəvi maddələrlə yetişən almalar çox parlaq, çox yaşıl və çox yuvarlaqlaşdırılmış olur.
Hamburger əti
Burger əti təkcə ətdən ibarət deyil. "Impossible Foods" şirkəti nişastadan, genetik cəhətdən dəyişdirilmiş maya və buğdadan hazırlanan ət istehsal edib. Bundan başqa, burger əti soya və digər paxlalardan hazırlanır və real ətdən daha yaxşı dada malikdir.
Saxta hamburger ətini ayırmaq çətindir, bu baxımdan onlardan mümkün qədər uzaq durun.
Krem şanti
Bəzi istehsalçılar o qədər çox istedadlıdırlar ki, krem hazırlamaq üçün qaymağa və yağa ehtiyac duymurlar. Bəli, krem şantinin tərkibində süd var, lakin südün miqdarı olduqca azdır.
Darçın
Kassia hər yerdə darçın kimi satılan ədviyyatın ucuz alternativdir. Fərqli bir qoxusu olduğu doğrudur, lakin onlar sağlamlığınız üçün təhlükəlidir. Hətta miqrenə də səbəb ola bilər.
Saxta darçın çubuğunu necə müəyyən etmək olar? Yadda saxlayın ki, həqiqi darçın çubuqlarını qırmaq çox asandır.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar