Xəbər lenti
İki min il əvvələ aid sərdabədə onlarla mumiya tapıldı

Arxeoloqlar Misirdə onlarla pişik və qızılquş mumiyalarının olduğu sərdabə aşkarlayıb.
Alimlərin fikrincə, sərdabə iki min il əvvəl Ptolemey dövründə tikilib. Tikilidə yaxşı qorunmuş divar şəkilləri olan çox sayda yeraltı otaqlar var.
Alimlər hesab edir ki, sərdabə qədim Misir məmuru və onun arvadına məxsus olub. Ancaq qadının tabutu boş olub. "Sərdabə bu ərazidə tapılan ən təəccüblü tapıntıdır. Çox gözəl cizgilərlə bəzədilmiş tikili Tutu adlı şəxsə və onun həyat yoldaşı Ta-Şirit-İzizə aiddir. Bu qadın və kişi üçün nəzərdə tutulmuş ikiqat sərdabədir" - deyə Misir Ali Şurasının katibi Mustafa Vəziri qeyd edib.
Arxeoloqlar sərdabədən sahibindən başqa çox sayda mumiya aşkarlayıblar. Onların arasında insan cəsədləri də var. Ancaq daha çox siçan, pişik və qızılquş mumiyaları aşkar edilib.Sputnik
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar