Xəbər lenti
Ermənilər Türkiyəyə qarşı aksiyaya hazırlaşır – Tehranda
Ermənilərin aprelin 24-də Tehranda Türkiyə əleyhinə keçirilməsi gözlənilən yığıncağı azərbaycanlı fəalları hərəkətə gətirib.
Manevr.az xəbər verir ki, fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir.
Onlar hər kəsi https://t.me/imzakampanyasi ünvanına müraciət edərək kampaniyaya qoşulmağa çağırır.
Aprelin 3-də başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı hər an artır.
Qeyd olunub ki, 1915-ci il hadisələrini soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “Türkə ölüm” və sair şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır.
Azərbaycanlılara isə Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə icazə verilmir.
Tanınmış iranlı politoloq Sadiq Zibakəlam “Qanun” qəzetində yazdığı məqalədə ermənilərin Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyaya toxunaraq deyib:
“Tehranda keçirilən yığıncaq ermənilərə yardım və ya humanist mülahizələrə görə deyil. Bu, Tehranla Ankaranın arasında mövcud olan kin və nifrətlə bağlıdır”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar