Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Məclis bizim əlimizdədir, nə edəcəksiz ki?" - Ərdoğandan İmamoğlu və Yavaşa açıq mesaj

Tarix: 05-04-2019 21:18     Baxış: 3207 A- / A+
"Məclis bizim əlimizdədir, nə edəcəksiz ki?"

"30 iri şəhərdən 15-ni biz, birini MHP qazanıb".
Manevr.az xəbər verir ki, bu sözləri Prezident Ərdoğan Türkiyədə martın 31-də keçirilən seçkiylə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi "Cumhur ittifaqı" səslərin ümumilikdə 53.3 faizini qazanıb: "Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın, Avropanın bunları bilməsi lazımdır. Hər kəs həddini biləcək. 30 böyük şəhərlə yanaşı, 51 şəhərin 24-nü biz, 10-nu MHP qazanıb. Burada da "Cumhur ittifaqı" ciddi fərq yaradıb".

Ərdoğan uduzduqları şəhərlərdə, o cümlədən Ankara və İstanbuldakı vəziyyətə də toxunub: "Bu şəhərlərdə məclis üzvlərinin çoxu bizim üzvlərdir. Bizim üzvlər seçiliblər. Ankarada durum daha da fərqlidir. 107 üzv bizə, 39 üzv isə 4 fərqli qrupa aiddir. İndi mən sizə deyirəm, onlar hər hansı bir məsələni necə məclisdən keçirəcək? Necə başqanam deyib, iş görəcəksən? Əgər bir bələdiyyə sədri rəhbərlik etdiyi qurumda kürəyini məclisə, məclisdəki çoxuluğa söykəyə bilməyəcəksə, o, nə edə bilər ki?"

Xatırladaq ki, ilkin rəsmi nəticəyə görə, Ankarada CHP-li Mənsur Yavaş, İstanbulda isə CHP-li Əkrəm İmamoğlu şəhər bələdiyyəsinin sədri seçiliblər.mia.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar