Xəbər lenti
Avropanı ŞOK EDƏN TƏCAVÜZ HESABATI: "Əgər belə olacağını bilsəydim..."
Danimarka, Finlandiya, Norveç, İsveç cinsi ayrıseçkiliyin ən az olduğu, lakin təcavüz hallarının ən çox yaşandığı ölkələrdəndir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.
Hesabata görə bu ölkələrdə qurbanlara çox zaman köməklik də göstərilmir. Hətta bəzən onların məhkəmə zamanı "vəkilimə dedim, prosesin bu qədər çətin olacağını bilsəydim, heç zaman təcavüzə məruz qaldığımı açıqlamazdım" kimi ifadələr işlətməsi hallarına rast gəlinir.
"Dəyişmək vaxtıdır: Skandinaviya ölkələrində təcavüz qurbanları üçün ədalət" adlı hesabatda qüsurlu qanunlar, yayılmış zərərli inanclar və cəmiyyətdə cinsi ayrıseçkiliklə bağlı tabuların bu ölkələrdə təcavüz hallarına bir toxunulmazlıq qazanandırdığı bildirilib.
Hesabata görə, Finlandiyada hər il təxminən 50 min qadın cinsi təcavüz və zorakılığa məruz qalır. Çox zaman da cinayətkarlar saxlanılmır. 2017-ci ildə təcavüzə görə sadəcə 209 nəfər məhkum edilib. Qurbanlar isə şikayət etdikdən sonra başlayan hüquqi prosedurların stressli, qorxuducu, damğalayıcı olduğunu bildiriblər.
Hesabata görə, İsveçdə hər 10 nəfərdən biri təcavüzə məruz qalan qadının özünün buna imkan yaratdığını düşünür. 2018-ci ildə İsveçdə qadının razılığı olmadan baş verən cinsi münasibətin cinayət kimi qeydə alınması qanunlara əlavə edildi. Lakin təcrübədə bu qanunun işləkliyi istənilən səviyyədə deyil.
Hesabata görə, Norveç isə təcavüz halları və cinsi zorakılığın qarşısını almaq üçün addım atmır. Bu ölkədə təcavüz haqqında yanlış inanclar təcavüzə məruz qalanların polisə müraciət və tibbi yardım almasını çətinləşdirir. Bu da təcavüz hallarına hüquqi qiymətin verilməsinə təsir edir.
Danimarkada isə təcavüzə barədə az hallarda polisə şikayət edilir. Qurban polisə gedəndə isə qarşı tərəfin cəzalandırılması halı çox aşağı olur. Belə ki, 2017-ci ildə 24 min qadın təcavüzə məruz qalıb, yalnız 890 nəfər şikayətçi olub. Sadəcə 535 nəfər təcavüz edən həbs edilib.
Təşkilatın Baş katibi Kumi Naido cinsi bərabərliklə bağlı ilk sıralarda yer alan Skandinaviya ölkələrində şok edəcək dərəcədə təcavüz hallarının baş verməsinin ziddiyyət olduğunu deyib.
Damğalanma və məhkəmə sisteminə inamsızlıq çox zaman təcavüzə məruz qalan qadın və qızların bu barədə şikayətçi olmamasına diqqət çəkən Naidoo qanunlarda xeyli dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar