Xəbər lenti
İnternetdə qız axtaran 65 yaşlı kişinin 63 min dolları əlindən çıxdı
Hindistanda cavan qızla tanış olmaq istəyən yaşlı kişini aldadıblar. 65 yaşlı hindlinin 63 min dollarını alıb qaytarmırlar.
Hindistanda yaşayan iş adamı qızla “Locanto” saytında tanış olub. Qeydiyyatdan keçəndən sonra ona Mira adlı qadın zəng vurub, üç qız təklif edib. Kişi şəkillərə baxaraq qızlardan birini seçib. Ondan ayrı-ayrı xidmətlərə görə 4,6 milyon rupi (təxminən 62760 dollar) qoparıblar.
Təsəvvür edin, ondan tanışlıq, möbil telefon nömrəsinin yayılmaması, qızla müqavilə, saytdakı profilinin verifikasiyası və başqa xidmətlər üçün pul alıblar.
İş adamını Rozi adlı qızla tanış ediblər. Onlar bir neçə dəfə telefonla danışıb, amma görüş baş tutmayıb. Kişi saytla bağlı şikayətlərin çoxluğunu görəndə qızdan pullarını geri istəyib. Rozi pulları bu ilin yanvarında geri qaytaracağını desə də, yoxa çıxıb. Bundan sonra kişi polisə müraciət edib. İndi polis həm Miranı, həm də Rozini axtarır.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar