Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada rekord uzunluqda bülleten - Səsvermə başladı

Tarix: 31-03-2019 10:25     Baxış: 3231 A- / A+
Ukraynada rekord uzunluqda bülleten - Səsvermə başladı

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Manevr.az xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 3 dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.

Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında ikinci turun keçiriləcəyinin qaçılmaz olduğu qeyd edilir. Rəy sorğularına əsasən ikinci tura daha çox hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenski şanslı sayılır.

MSK 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda - 80 santimetrdir.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar