Xəbər lenti
Gəlin toyuna gələn qonaqdan əlavə pul tələb etdi

Toyda pul yazdırmaq təkcə bizim ölkədə deyilmiş. Qərbdə də belə edirlər. Özü də daha böyük məbləğlərdən söhbət gedir.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, ABŞ-da da toylardan birində gəlin qonaqdan əlavə pul tələb edib. Qonaq bu haqda toyların təşkili ilə məşğul olan saytda yazıb. Qadın gəlinlə rəfiqə münasibətlərində olduğunu bildirib. Amma toyda yazdırdığı məbləğ gəlinin ürəyincə olmayıb. 200 dollar, üstəgəl, 75 dollarlıq ev üçün böyük şam ona az görünüb. Gəlin rəfiqəsi və onun əri üçün nəzərdə tutulan yerlərə 500 dollar ödədiklərini bildirib, əlavə 300 dollar tələb edib.
Qız deyir ki, əvvəlcə gəlinin davranışını zarafat və ya sarkazm sayıb. Sonra ciddi olduğunu başa düşüb. Saytda müzakirələr zamanı qızı dəstəkləyən çox olub. Əksəriyyət hesab edir ki, belə rəfiqə ilə münasibətləri kəsmək lazımdır. Ona həm də əlavə pul ödəməməyi məsləhət görüblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar