Xəbər lenti
“Dörd uşağım var, həbsdə oturub gözləyə bilmərəm...” - Emin Ağalarov
Məşhur azərbaycanlı müğənni və Rusiya biznesmeni Emin Ağalarov ABŞ-da xüsusi prokuror Robert Müllerin bu günlərdə başa çatan təhqiqatı barədə danışıb.
Ağalarov "The Bell” nəşrinə müsahibəsində Müllerə ifadə verməyə hazır olduğunu deyib. Amma bildirib ki, son anda fikrini dəyişib, çünki Amerikada onu həbs edə və təhqiqat başa çatana qədər həbsxanada saxlaya bilərdilər.
Xatırladaq ki, xüsusi prokuror ehtimal edilən Tramp-Rusiya sövdələşmələri çərçivəsində rusiyalı vəkil Natalya Veselnitskayanın Nyu-Yorkda Trampın oğlu ilə görüşü epizodunu da araşdırırdı. Həmin görüşü Emin Ağalarov təşkil etmişdi. Görüşdə məqsəd Hillari Klinton barədə kompromatların Trampa çatdırılması olmuşdu. Lakin tərəflər bildirirdi ki, görüş başlayanda rusiyalı vəkildə əslində heç bir kompromatın olmadığı üzə çıxıb.
"Mən istintaqın suallarına cavab verməyə hazır idim və ABŞ-a planlaşdırdığım konsert turnesi zamanı ifadə verməyə hazırlaşırdım. Xüsusi olaraq buna iki həftə vaxt ayırmışdım. Çünki gizlətməyə nəyimsə yoxdur. Lakin turneyə bir neçə gün qalmış mənə vəkil zəng vurdu və dedi ki, Müller məndən ifadə almağa hazırdır, amma aeroportda istintaqa cəlb edildiyim haqda order təqdim etməklə. Bu isə o deməkdir ki, sən avtomatik olaraq istintaqın fiqurantı olursan və istintaq başa çatmayana qədər ABŞ-ı tərk edə bilməzsən. Həmin məqamda istintaq artıq iki ildir gedirdi və mən orada ilişib qalmağa hazır deyildim. Mənim dörd uşağım var, mən oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək”-Emin Ağalarov deyib.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar