Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

İki ay yatacaqsınız, üstəlik 18 min dollar qazanacaqsınız - Ağlasığmaz təklif

Tarix: 29-03-2019 18:52     Baxış: 3180 A- / A+
İki ay yatacaqsınız, üstəlik 18 min dollar qazanacaqsınız - Ağlasığmaz təklif

Amerika Milli Kosmik Agentliyi (NASA) süni cazibə qanunun sağlamlığa təsirini araşdıracaq. Agentlik bu işdə 24 nəfər könüllü axtarır.

Manevr.az xəbər verir ki, 2 ay müddətində könüllülər yatacaq və buna görə onlara 18500 dollar veriləcək.

Könüllülərdən tələb olunan yeganə məqam hər şeyi yataraq etməkdir. Araşdırma üçün 24-55 yaş arasında 12 qadın və kişi seçiləcək. Araşdırma Almaniyanın Köln şəhərindəki Alman Kosmik Mərkəzində aparılacaq.

Proses sentyabrda başlayacaq. Könüllü olmaq istəyənlər mayın 24-dək müraciət edə bilər. Müraciət edənlərin alman dilini bilməsi lazımdır. Seçiləcək şəxslər yemək yemək də daxil olmaqla, hər şeyi yataraq etməlidir. NASA mütəxəssisləri televizor izləyə və kitab oxuyabiləcək şəxslərin sıxılmaması üçün özlərinə bir hobbi tapmağı məsləhət görür.

Ümumilikdə, seçiləcək şəxslər reabilitasiya daxil olmaqla, mərkəzdə 89 gün keçirəcək. Könüllülər kosmosda astronavtlar kimi aşağı doğru 6 dərəcə meyilli olan yataqda ayaqları başlarından bir az yuxarıda yatacaqlar. Könüllülər iki qrupa ayrılacaq. Bir qrup süni cazibə qüvvəsi yaradılan otaqda müxtəlif testlərdən keçiriləcək.

Könüllülər sentrifuqa otağında yatdıqları yerdə 30 dəfə fırladılacaq. Bu testlər zamanı könüllülərin idrak qabiliyyəti, əzələ gücü, tarazlıq, ürək və damar sistemi funksiyaları nəzarətdə saxlanılacaq. Daha sonra onların nəticələri digər otaqlardakı insanların nəticələri ilə müqayisə ediləcək.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar