Xəbər lenti
Bu qadın ağrı hiss etmir
Şotland qadın Co Kameron ağrı hiss etmir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, əlindən əməliyyat keçirməyə hazırlaşan Kameron ağrıkəsicidən imtina edib və həkimlər onun vəziyyətindəki qəribəliyi başa düşüblər. 65 yaşlı Co qolu qırılarkən, əli yanarkən, əməliyyat keçirərkən və s. vəziyyətlərdə heç vaxt ağrı hiss etməyib. Anestezioloq Devcit Srivastava qadını Oksford və London Kollec Universitetinin genetiklərinin yanına göndərib. Analizlərdən sonra ağrı hissinin olmamasının genetik mutasiya nəticəsində yarandığı müəyyənləşib. Qadın doğuş prosesinin onun üçün ağrısız keçdiyini, həyəcan, emosional narahatlıq, acı, isti qidalardan istifadə edərkən yanma və s. hissləri yaşamadığını bildirir. Onun sözlərinə görə, həyatı boyu xoşbəxt yaşayıb və heç bir zaman narahatlıq hiss etməyib.
Mütəxəssislərin sözlərinə görə, belə hissizliyə səbəb "FAAH-OUT" psevdogenindəki dəyişiklikdir. Tədqiqatlar göstərir ki, "FAAH" genində baş verən kiçik dəyişiklik belə insandakı narahatlıq və ağrı hissinin azalmasına səbəb olur. Lakin bu hissin yoxluğuna digər genlərin mutasiyası da səbəb ola bilər. İtaliyalı professor Letiziya Marsili "ZFHX2" genindəki mutasiyaya görə ağrıdan azad idi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar