Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

3D-printed texnologiyası ilə eşitmə problemi aradan qaldırıldı

Tarix: 28-03-2019 08:58     Baxış: 4244 A- / A+
3D-printed texnologiyası ilə eşitmə problemi aradan qaldırıldı


Cənubi Afrikada həyata keçirilən əməliyyat hazırda böyük maliyyə tələb etsə də yaxın zamanlarda çox yayılacaq.

Texnologiya yüksək inkişaf etsə də eşitmə əngəlli insanların bu problemdən kökündən xilas olma yolları yoxdur. İstifadə olunan eşitmə cihazları əlavə cihaz olmaqla yanaşı hansısa müalicəyə kömək etmir.

Vendo şəhərindəki Thohoyandou kənarında yerləşən Mbahela kəndindəki çoban kimi böyüyən professor Mashudu Tshifularo böyük xəyaldan çəkinmir.

Manevr.az chip.az-a istinadən bildirir ki, Cənubi Afrika Respublikasının Pretoria Universitetində qulaq, burun və boğaz doktoru, professor Mashudu Tshifularo öz qrupu ilə birlikdə tibb dünyasında ilk olacaq əməliyyat üçün işə başladılar. Steve Biko xəstəxanasında həyata keçirilən əməliyyat eşitmə qabiliyyətini itirmiş bir şəxsin zədə almış qulaq sümük parçalarının yeniləri ilə əvəz olunması məqsədi daşıyırdı.

İlk əməliyyat 35 yaşlı bir xəstə üzərində aparıldı. Orta qulağı bir avtomobil qəzası əsnasında tamamilə zədələnmiş xəstə həm özü, həm də tibbi dünyası üçün bir dönüş nöqtəsi edə bildi. Zədələnmiş hissələri 3il ərzindəö 3D-printed texnologiyası sayəsində bərpa etməyə nail olan qrup bu əməliyyatın həç də ucuz başa gəlmədiyini bildirir.

3 illik bir hazırlığın sonunda müvəffəqiyyətli olan əməliyyat, Professor Tshifularo və qrupu üçün yeni bir dövrün başlanğıcı oldu. Tshifularo bununla bağlı verdiyi şərhdə "Yalnız zədələnmiş sümük parçalarının əvəz edilməsi hər hansı bir cərrahi müdaxilədən daha az risk daşıyır." -deyə bildirib. Tshifularo, əməliyyatın doğuşdan eşitmə zəifliyi olan insanlara da edilə biləcəyini söyləyərək əlavə edib: "Biz əməliyyat zamanı zədələnmiş hissələri yeniləri ilə əvəz etmək üçün endoskoplardan istifadə edirik və bu, mümkün olan ən az zədə və mümkün olan ən sürətli vaxt qazanmağa yardımçı olur. Biz çox yüksək qiymətlə həyata keçirilə bilən bu əməliyyatın hər bir vətəndaşa çatdırılmasını təmin etmək üçün işləyəcəyik. Bütün dövlət xəstəxanalarında bu əməliyyat aparılmalıdır."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar