Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

Tarix: 25-03-2019 19:53     Baxış: 3241 A- / A+
Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyasını yürüdən qərargah demokratlar arasında 3 təhlükəli namizədin adını müəyyən edib.

Manevr.az xəbər verir ki, nüfuzlu "Axios" saytının verdiyi məlumata görə, bunlar Co Bayden, Kamala Harris və Beto O`Rurkdur.

Bununla bərabər ABŞ rəhbəri onların hər 3-nə asanlıqla qalib gələcəyini hər yerdə bəyan edir.

Trampın ətrafının rəyinə əsasən, Co Bayden 2016-cı ildə səslərini hazırkı prezidentə verən "sənaye kəməri" bölgəsindəki ştatları özünə çəkə bilər. Bunlardan Miçiqan və Viskonsin xüsusi qeyd olunur.

İqtidar qaynaqları Ağ Ev sahibinin məhz çox hörmət etdiyi Co Baydendən çəkindiyini bildirirlər.

Kamala Harrislə bağlı isə prezident hələlik hansısa hücum taktikasını seçməyib. D.Tramp ona rəqiblərini adlandırdığı (məsələn o, rişxəndlə demokrat namizəd, senator Elizabet Uorrenə "Pokahontas" deyə xitab edir) ləqəb qoymayıb. Üstəlik, prezidentin Kamala Harrisə qarşı istənilən sözü cinsi ayrı-seçkilik və irqçilik ittihamlarını özü ilə bərabər gətirə bilər.

Prezidentin komandasının gənc, xarizmatik və eneji dolu texaslı Beto O`Rurkun fəaliyyətini də diqqətlə izlədiyini və ona Demokrat partiyasının potensial vahid namizədlərindən biri kimi baxdığı qeyd olunur.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar