Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biri idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur, o biri "Rolex"i çəkiclə əzir...

Tarix: 24-03-2019 09:40     Baxış: 3213 A- / A+
Biri idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur, o biri "Rolex"i çəkiclə əzir...

Zənginliyi ilə öyünən Rusiya oliqarxının oğlu “təbii ehtiyacını” içərisində 3 000 dolların olduğu əlüzyuyanın çanağına ödəyir. Onun bu səhnənin əks olunduğu çarxı oliqarx törəmələrinin abırsız hoqqaları sırasında sonuncu yeri tutur.
Britaniyanın “Daily Mail” qəzeti bildirir ki, bu çarxı "İnstaqram"da naməlum şəxs yerləşdirib. Onun bloqu Sovet İttifaqının dağılmasından sonra başgicəlləndirici dərəcədə varlanmış böyük işbazların ailələrindən çıxan "qızıl gənclərin" hoqqalarına həsr olunub.

Bir hazırcavabın qeyd etdiyi kimi, "bu majorlar nə başla dostluq edirlər, nə də pulla".

Başqa bir rus zəngin "Rolex"ini ləkəli qaba qoyur, çəkiclə əzir və üstünə süd tökür. Başqa bir postda Mariya adlı cazibədar qız özünü şəxsi təyyarəsinin yanında göstərir. Bu sözlər ona aiddir: "Sizin illik qazancınız hər gün mənim bank hesabıma axır".

Qeyd edək ki, bu gün Rusiyada orta illik maaş 5 500 funt təşkil edir.

Mariya həmçinin idman avtomobilinin sükanı arxasında “yaxalanıb”.

Daha bir zəngin varis, Şimali Qafqazdan olan şirin həyat həvəskarı- Londonda, İsveçrədə və İtaliyada lüks yerlərin daimi müştərisi Dubayda VIP-adamlar üçün klubda görünür.

O, idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur. Həmin şərab 1876-cı ildə xüsusi olaraq rus çarı III Aleksandr üçün yaradılmış resept üzrə hazırlanır və butulkasının qiyməti 150 funtdur.

Oliqarxın oğlu, hansı ki, haqqında yalnız çarın adaşı olduğu məlumdur, belə deyib: "Üç butulka çatmayacaq!"

Onun, həmçinin qarda "Kristal" butulkaları ilə poza aldığı şəkilləri də var.

Kremlin lideri Vladimir Putin gözə kül üfürməyə öyrəşmiş soydaşları barədə narazılığını gizlətməyib. Və gənc sahibkarları inandırmağa çalışıb ki, gəlir özü yalnız o nöqteyi-nəzərdən əhəmiyyətlidir ki, sonrakı inkişafa imkan verir: "Qəbiristanlıqda ən zəngin oğlan olmaq-ən şən hekayət deyil".

"Ümumiyyətlə ən əhəmiyyətlisi, ən əsası, ən vacibi həyatda özünü realizə etməkdir - bu, həyatdan məmnunluq gətirir", -deyə Rusiya lideri bildirib.

Qəzetin oxucuları bütün bunlara maraqlı şərhlər yazıblar.

LilleyBeau: Bu sərvət zəhmətkeşlərin təri və qanı ilə əldə edilib. Buyurun, bu da sizə kommunizm.

Kudugold: Onların əcdadları 1917-ci ildə Rusiyada kommunizm qurdular ki, hamı bərabər olsun. Amma sonradan çarların yerinə bu "yeni ruslar" gəldilər.

JoeAmerican: Bütün bu uşaqlar - ya pozaçılar, ya da sadəcə başqasının puluna kef edənlərdir. "İnstaqram"ın Amerika ulduzları ilə də eyni vəziyyətdir.

Aspen90: Bəsdir onları reklam etdiniz. Onlara elə sizin diqqətiniz lazımdır və siz də, necə deyərlər, onların əlinə oynayırsınız.

MOAR: Milyarderlərin uşaqlarına vəsiyyət etməkdən niyə yan keçdikləri aydındır-onlarda yad sərvətə heç bir hörmət yoxdur.

DrQuad: Hər şeyi, nə lazımdırsa, almaq olar-beyindən başqa. Bu uşaqlarda o yoxdur. Valideynləri onlarla fəxr edə bilərlər: “düzgün dəyərlərlə” özlərinə layiqli əvəz böyüdüblər...virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar