Xəbər lenti
Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı - Sahibləri kimdir?
İngiltərədə və Uelsdə vergi sığınacaqlarında qeydiyyatdan keçmiş anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak obyekti aşkarlanıb.
Manevr.az xəbər verir ki, bu barədə məlumat “Global Witness” korrupsiya əleyhinə qeyri-hökumət təşkilatının hesabatında əksini tapıb.
Aktivlərin dəyəri 74,3 milyard dollar həcmində qiymətləndirilir. “Global Witness” məlumatları Britaniyanın parlament komitəsinə təqdim edib. Qeyd olunur ki, hələ 2016-cı ildə ölkə hökuməti daşınmaz əmlakın son sahiblərinin reyestrini tətbiq etməyi planlaşdırırdı, lakin proses ləng gedir. Anonim mülkiyyətin 40 faizi Londonda, özü də bunların əksəriyyəti, təxminən 10 mini Vestminsterdə yerləşir.
“Getdikcə daha çox aydın olur ki, Britaniya mülkiyyəti oğurlanmış pulların yuyulması və qarəti üçün cinayətkarların və korrupsionerlərin ən sevimli alətlərindən biridir”, - “Global Witness”in nümayəndəsi Ava Li deyir.
Təşkilatda bildiriblər ki, onların araşdırmaları cinayətkarların və korrupsiyaya bulaşmış siyasətçilərin öz gəlirlərini gizlətmək və özlərinə, ailələrinə təhlükəsiz sığınacaq təmin etmək üçün Britaniyanın daşınmaz əmlak bazarından istifadə etmələrini dəfələrlə nümayiş etdirib.
Qeyd edək ki, bu ilin əvvəllərində Böyük Britaniyada dələduzluq, korrupsiya və pulların yuyulması ilə mübarizə məqsədilə xüsusi qrupun formalaşdırılmasına başlanıb. Həmin qrup ilk növbədə Rusiyadan, keçmiş sovet respublikalarından, Asiya və Nigeriyadan maliyyə axınarına nəzarət edəcək.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar