Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı şairdən türkmənlərə yardım - Çağırışı

Tarix: 23-03-2019 08:39     Baxış: 3246 A- / A+
Azərbaycanlı şairdən türkmənlərə yardım - Çağırışı

Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib Sasanian bütün azәrbaycanlılardan sel fәlakәtinә uğramış İran türkmәnlәrinә yardım istәyib.
Manevr.az xәbәr verir ki, Hәbib Sasanian sosial şəbəkə hesabında paylaşdığı videosunda İran hakimiyәtini, özәlliklә, paniranistlәri sel fәlakәtinә uğramış türkmәnlәrә dәstәk vermәdiklәri üçün qınayıb və bütün türk xalqından dәstәk istәyib. O bildirib ki, keçmişdә Әhәr vә Vәrziqan şәhәrindә olan zәlzәlә fәlakәti kimi baykota izin vermәmәliyik:
“Novruz bayramı günlərində yağan güclü yağışlar nəticəsində İranın şimalındakı Türkmənsəhra şəhərindəki (Güney Türkmənistan) bəndlərdə suyun miqdarı artıb. Səlahiyyətli orqanlar vaxtında bənd sularını buraxmadığı üçün, nəhayət, "Sarı su" (Qorqanrud) çayında daşqın əmələ gəlib və Qonbəd Kavus, Ağ Qala və ətraf kəndləri sel bürüyüb. Təbii fəlakət nəticəsində insan təlafatı olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub. Hazırda bölgədə 51 kəndin içməli suyu kəsilib, onlara tankerlərlə su daşınır. Bəzi kəndlərin işığı kəsilib, bir neçə kəndə gedən yollar isə torpaq sürüşməsi nəticəsində bağlanıb. Bütöv Azərbaycan Ocaqları olaraq türkmən soydaşlarımızın acısını paylaşır, sel fəlakətindən ziyan görmüş soydaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar