Xəbər lenti
Terror təşkilatına əsir düşən qadın jurnalistdən şok iddia: “İlk gecə...”
Suriyada Ən-Nüsra terror təşkilatına əsir düşərkən 7 aylıq hamilə olan və əsirlikdə uşaq dünyaya gətirən alman jurnalist Janina Findeyşen ilk dəfə bu barədə danışıb.
Manevr.az xəbər verir ki, jurnalist Almaniyada nəşr olunan “Süddeutsche” qəzetinə ilginc məlumatlar verib.
Janina Findeyşen əsirlikdə olduğu hər an militanlar tərəfindən başının kəsilməsi təhlükəsi qarşısında olduğunu söyləyib:
“Məndən şübhələnsəydilər, kameranın qarşısına başımı kəsəcəklərini bilirdim. Mən Suriyaya 2015-ci ildə reportaj hazırlamaq üçün getmişdim. Amma hamiləliyimə görə özümü təzyiq altında hiss edirdim. Hələ işləyə bildiyimi hiss etdiyim üçün də işimi yarımçıq qoymaq istəmirdim. Lakin həmin vaxt həyatımın ən böyük xətasını etdiyimi bilmirdim”.
Təhlükəsiz formada sinif yoldaşı Laura ilə birlikdə Suriyanın şimalına getdiyini deyən Janina ölkəsinə geri qayıtmaq istəyərkən militanlara əsir düşdüyünü bildirib.
Əsir götürülməsində rəfiqəsinin rolunun olduğuna inanmadığını deyən jurnalist Lauranı da aldatdıqlarını qeyd edib: “İlk gecə militanlardan birinin həyat yoldaşına hamilə olduğumu dedim, həmin vaxt ağlayırdım. O, kişilərin mənə zərər verməyəcəyinə dair söz verdi. Bir neçə dəfə narahatlıq yaradan vəziyyət oldu, amma ümumilikdə yaxşı idim. Onların da mənasız insan tipləri olmadığı da aydın idi”.
Doğum tarixi yaxınlaşdıqca xəstəxanaya aparılması üçün yalançı sancı təqlidi etdiyini qeyd edən Fineyşen militanların bunun üçün ora ginekoloq qadın gətirdiklərini deyib: “Övladım dünyaya gəldikdən sonra militanlar mənə oyuncaq ayı, şokolad və uşaq bezi verdilər”.
Təxminən bir il sonra oğluyla birlikdə sərbəst buraxılıb alman hökumətinə təslim edilən jurnalist bunun üçün qarşı tərəfin militanlara pul ödəmədiyini söyləyib. O, Almaniyadan Ən-Nüsraya 5 milyon avronun ödənilməsi iddiasını da təkzib edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar