Xəbər lenti
Dünyanın ilk sualtı restoranı - ŞƏKİLLƏR
Norveçdə Avropanın ilk, dünyanın isə ən böyük sualtı restoranı açılacaq.
Euronews agentliyinin məlumatına görə, restoran ölkənin cənubunda yerləşən Lindesnes şəhərində aprel ayının 2-də açılacaq.
5,5 metrlik dərinlikdə inşa edilən restoran 100 nəfər qonaq üçün nəzərdə tutulub.
Restoranın kənardan görünüşü dəniz dərinliklərindən yüksələn qayanı xatırlatdığından “Under” adlanır.
Layihənin inşası Misir Kitabxanası ilə Norveç Milli Opera və Balet binasını inşa edən “Snohetta” şirkətinə həvalə edilib.
Restoranın eni 11, uzunluğu isə 4 metr olan bir divarı demək olar ki, şüşədən hazırlanıb. Müştərilər dənizin dərinliklərindəki ən müxtəlif dəniz canlılarına, o cümlədən suitilərə rahat tamaşa edə bilərlər.
Müştərilər bu məkanda danimarkalı aşpaz Nikolay Ellitsqard Peders tərəfindən hazırlanan menyuda, xüsusilə dəniz məhsulları və yabanı qoyunlardan hazırlanan təamları dadmaq imkanına sahib olacaq. Menyudakı yeməklərin dadına baxmaq üçün adambaşına 232 avro xərcləmək lazım gələcək.
Üç hissədən - giriş, bar və restorandan ibarət müəssisənin aprel ayının 2-də müştərilərin istifadəsinə veriləcəyi bildirilsə də, avqust ayına qədər bütün masalar artıq rezerv edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar