Xəbər lenti
UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olundu
Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramı qeyd olunub.
Tədbirdə bu ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmi nümayəndələr Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıblar. İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini qonaqların diqqətinə çatdırıb.
UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. O, bəşəriyyət üçün önəmli bayramlardan biri olan Novruzun sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini vurğulayıb.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər, Novruz adətlərinə həsr edilmiş sənədli film nümayiş olunub.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar