Xəbər lenti
Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
2019-cu ilin 13 mart tarixində Avropa Parlamentinin (AP) Strasburqda plenar sessiyası baş tutub.
Sessiya çərçivəsində Müdafiə və Təhlükəsizlik alt-Komitəsinin (SEDE) sədri Anna Fotiqanın (Avropa İslahatçıları və Mühafizəkarları siyasi qrupu, Polşa) müəllifi olduğu “Recommendation to the Vice President/High Representative of the Union for Foreign Affairs and Security Policy and to the Council on taking stock of the follow up taken by the EEAS two years after the EP Report on EU strategic communication to counteract propaganda against it by third parties”adlı və Hilde Vautmansın (Avropa Liberalları və Demokratları Alyansı, Belçika) müəllifi olduğu “Recommendation to the Council, Commission and the Vice-President of the Commission/High Representative of the Union for Foreign Affairs and Security Policy on the scope and mandate for EU Special Representatives” adlı hesabat layihələri qəbul edilib.
H.Vautmansın müəllifi olduğu hesabatın ilkin düzəlişlər layihəsində Azərbaycana dost olan deputatlarla aparılmış birgə iş nəticəsində ermənipərəst çevrələrin sənədin mətninə münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə zidd düzəlişlər (Dağlıq Qarabağ bölgəsi ayrıca olaraq vurğulanmaqla Avropa İttifaqının (Aİ) xüsusi nümayəndələrinin münaqişə bölgələrinə səfərlərinin təşviq olunmasına çağırış, “xalqların öz müqəddəratının təyin olunması” prinsipinə istinad edilməsi) təqdim etmək cəhdləri puça çıxıb.
AP-nin yazılı sual prosedurana uyğun olaraq AP-nin Danimarkadan olan üzvü, Xarici Əlaqələr Komitəsinin sədr müavini Anders Vistisen (Avropa Mühafizəkarları və İslahatçıları siyasi qrupu) Parlamentin ermənipərəst digər 15 nəfər üzvünün imzası ilə birgə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi nümayəndəsinin və digər Aİ rəsmilərinin Dağlıq Qarabağa hansı səbəbdən səfər etmədiklərinə dair F.Moqeriniyə sual ünvanlayıb. F.Moqerini tərəfindən verilən cavabda isə Aİ-nin hər bir münaqişəyə spesifik yanaşıldığı və hər bir münaqişənin mövcud həll formatının özünə məxsusluğunun Aİ tərəfindən nəzərə alındığını bildirilib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində ATƏT-in Minsk qrupuna istinad edilərək, bu formatın münaqişə tərəflərinin qəbul edildiyi və Aİ tərəfindən dəstəkləndiyi qeyd edilib.
Sənədin yekun versiyasında Aİ-nin xarici siyasət üzrə doktrina sənədi olan Avropa Qlobal Strategiyasında (AQS) əks olunan ümumi prinsiplərinə istinad edilib və münaqişələrin həlli ilə bağlı Aİ-nin bu prinsipləri rəhbər tutmasına dair öhdəliyi bir daha qeyd edilir. AQS sənədində vurğulanır ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamının əsas elementləridir və bu prinsiplər Aİ sərhədləri daxilində və xaricində bütün dövlətlərə şamil edilir. AP-nin müvafiq sənədlərində AQS prinsiplərinə istinad edilməsi halları artmaqdadır və bu səpkidə olan konstruktiv yanaşma onu deməyə əsas verir ki, Aİ öz tərəfdaşlarına, xüsusilə də bu ölkələrdəki münaqişələr kontekstində yekdil mövqe göstərməyə çalışır.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar