Xəbər lenti
Ermənistanın daha bir arzusu gözündə qaldı - Şərh
Son günlər Gürcüstan cəmiyyətində daha bir məsələ diqqət mərkəzindədir. Ermənistan baş nazirinin İrana səfərindən sonra İran qazının Ermənistana və Gürcüstana çatdırılması və oradan Avropaya bazarlarına çıxarılacağı barədə müxtəlif fikirlər səslənir. Əsasən erməni siyasətçiləri və ermənipərəst qüvvələr hesab edirlər ki, İran qazı tezliklə Ermənistana və Gürcüstana çatdırıla bilər. Bu da regionda siyasi, ictimai, iqtisadi və digər münasibətlərin, əlaqələrin dəyişməsinə səbəb olacaq.
Manevr.az xəbər verir ki, Gürcüstanda bunun tam əksini deyən siyasətçilər də var.
Onların fikrincə, İran qazının Ermənistan və Gürcüstana, eləcə də bu ölkələrdən keçməklə Avropa bazarlarına çıxarılması inandırıcı deyil. Bunun üçün çox mühüm siyasi iradə olmalı, bəzi ölkələrin və iri şirkətlərin maraqları nəzərə alınmalıdır.
Politoloq Tengiz Txilava hesab edir ki, İran öz təbii qazını Ermənistana və Gürcüstana ucuz qiymətə təklif edə bilər. Lakin bunun reallaşması üçün çox ciddi maneələr var. İlk növbədə regionda artıq formalaşmış və söz sahibinə çevrilmiş oyunçuların maraqları nəzərə alınmalıdır. İran qazının Ermənistan və Gürcüstana satılması üçün ilk növbədə bu ölkələri “mavi yanacaqla” təmin edən ölkələrin razılığı lazımdır. Ermənistan təbii qazı Gürcüstanda ərazisindən keçməklə Rusiyadan alır. Rusiya və ya ayrılıqda götürsək, dünya iqtisadi sistemində yerini tutmuş “Qazprom” buna razı olmaz. Ermənistan İran qazını almaq üçün “Qazprom”la müqaviləyə yenidən baxmalıdır. Bu isə həm də Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması deməkdir.
“Ona görə də, düşünürəm ki, “Qazprom” təbii qaz bazarını, eləcə də Ermənistanı itirməyə razı olmaz”, - deyə T.Txilava vurğulayıb.
Politoloq Qela Vaşadze də hesab edir ki, İran qazının Ermənistana satılması real görünmür. Nəzərə alınmalıdır ki, Ermənistanın qaz nəqliyyat sisteminin sahibi “Qazprom-Ermənistan” şirkətidir. “Qazprom” isə heç vaxt rəqibini yaxına buraxmayacaq.
Politoloq Quram Marxuliya da İran qazının Ermənistan və Gürcüstana, eləcə də bu ölkələrin ərazisindən keçməklə birbaşa Avropaya çıxarılmasını mümkünsüz sayır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məsələni bilərəkdən qabartmaqla və tez-tez mətbuatda bununla bağlı yalan məlumatlar yaymaqla ictimaiyyəti aldadır. Ermənistan hökuməti yaxşı başa düşür ki, onlara heç kim “Qazprom-Ermənistan” ilə olan müqaviləni pozmaq imkanı verməz. Digər tərəfdən yeni xətlər, kəmərlər çəkilməli, infrastruktur yaradılmalıdır. Bunu üçün isə küllü miqdarda sərmayə lazımdır. Heç bir maliyyə institutu və ya dövlət risk edib belə bir sərmayəni yatırmaz.
Digər analitik və iqtisadçı ekspertlər bu fikirdədir ki, Gürcüstan enerji təhlükəsizliyini qorumaq və inkişaf etdirmək üçün müxtəlif yollar axtara bilər. Bu gün paytaxt Tbilisi yaxınlığında təbii qaz anbarının tikintisi ilə bağlı müəyyən işlər görürlür. Eyni zamanda, Rusiyadan Ermənistana satılan qazın Gürcüstan ərazisindən nəqli ilə bağlı “Qazprom”dan təbii qaz alınması və s. məsələlər mövcuddur. Lakin İran qazının alınması bu gün Gürcüstan üçün məqbul və əlçatan deyil.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar