Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Donald Tramp mərhum senatora tvitterdə sataşdı və sərt təpki ilə üzləşdi

Tarix: 17-03-2019 14:16     Baxış: 3238 A- / A+
Donald Tramp mərhum senatora tvitterdə sataşdı və sərt təpki ilə üzləşdi

ABŞ prezidenti Donald Tramp həftəsonu tvitlərini keçən ilin avqustunda vəfat edən, ölkənin iki siyasi qanadının da böyük hörmətini qazanmış və vaxtilə Vladimir Putinə qarşı sərt mövqeyi ilə tanınan Con Makkeynə həsr edib.

Donald Tramp özünün Rusiya ilə bağlantılara malik olması haqqında “yalan və tamamilə iftira dolu dosye”ni yaymasını mərhum senatorun reputasiyası üçün “qara ləkə” hesab etdiyini yazıb.

Qeyd olunur ki, bu günlərdə respublikaçı prezidentə yaxınlığı ilə bilinən və onun siyasətini müdafiə edən Fox News kanalı Con Makkeynin 2016-cı ilin dekabrında ABŞ prezidentinə qarşı komromatlara malik olan “rus agentləri” barədə informasiyanı Federal Təhqiqatlar Bürosuna və mətbuata ötürdüyünü xəbər vermişdi.

“Makkeyn Barak Obamanın “Obamacare” deyə bilinən (çalışan vətəndaşların sığorta olunması zərurətini gətirən) qanunun ləğvinin əleyhinə səs verməklə özünü daha da ləkələndirib”, - deyə Donald Tramp daha da irəliyə gedib.

Donald Trama ilk reaksiya Con Makkeynin qızı Meqandan gəlib. Xanım Makkeyn prezidentə istirahət günlərini tvitter arxasında deyil, ailəsi ilə birlikdə keçirməyi məsləhət görüb. O, amerikalıların atasını sevdiyi qədər prezidentə nifrət etdiyini bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar