Xəbər lenti
Terrorda müsəlmanları günahlandıran senatorun başına - Yumurta çırpdılar/Video
Avstraliyada bir yeniyetmə Yeni Zelandiyada məscidə terror hücumunda miqrantların dolayı yolla günahkar olduğunu deyən senator Freyzer Enninqin başına yumurta çırpıb.
Manevr.az xəbər verir ki, hücumun videosu “Tvitter”ə jurnalist Brayn Tayler Koen tərəfindən yerləşdirilib.
Kadrlarlardan görünür ki, yeniyetmə siyasətçiyə yaxınlaşır və yumurtanı onun başına çırpır. Enninq buna cavab olaraq yeniyetmənin üzünə zərbə endirir və bunu davam etdirməyə çalışır. Tərəfləri hadisə yerində olan jurnalistlər ayırırlar.
Adı çəkilən senator daha öncə bildirib ki, Yeni Zelandiyadakı terror aktına müsəlman fanatiklərə bu ölkəyə köçməyə imkan verən miqrasiya proqramı səbəb olub. O, bir qədər sonra sözlərini sosial şəbəkədən silib. Bununla belə bu sözlər internetdə yayılıb.
Avstraliyanın Baş naziri Skott Morrison isə senatorun sözlərini “çox iyrənc” adlandırıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar