Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddia

Tarix: 16-03-2019 12:25     Baxış: 3280 A- / A+
“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər”

“İran hakimiyyəti daxilində parçalanma davam edir. Hesab edirəm ki, ABŞ-ın sanksiyaları və bir çox Avropa şirkətinin Tehranla iqtisadi əməkdaşlıqdan çəkinməsi bu prosesi bir qədər də sürətləndirir. Faktiki olaraq, 2015-ci ildə İranla “Altılıq” arasında imzalanmış müqavilə işləmir”.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, keçən il ABŞ-ın sazişdən çıxması və sanksiyaların tətbiq edilməsi Qərblə İran arasında siyasi münasibətləri gərginləşdirdi:

“Bu da İran siyasi elitasındakı mühafizəkar və islahatçılar arasındakı fikir ayrılığını dərinləşdirdi. İslahatçı Prezident Həsən Ruhani və komandası ciddi təzyiqlərlə üzləşib. Mühafizəkarlar dini lider Xameneyinin ətrafında birləşərək siyasi hakimiyyəti ələ almağa çalışırlar.

Qeyd edim ki, bu prosesdən istifadə edən SEPAH öz siyasi imkanlarından istifadə edərək, namizədini prezident kürsüsünə hazırlayır. Buna görə də, SEPAH Xameneyidən dəstək almağa cəhd edir. Bu baxımdan, SEPAH-ın Qüds briqadasının komandanı, güney azərbaycanlı general Qasim Süleymani namizədlər arasında ən şanslısı hesab edilə bilər. Süleymani İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarını uğurla davam etdirir. Kifayət qədər nüfuzu, qətiyyətli dini-siyasi iradəsinə görə də, Xameneyinin dəstəyini ala bilər. Bu isə onun prezident postuna oturması şanslarını maksimum artırır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar