Xəbər lenti
Sərhəddə daş və zopa davası: 1 ölü, 10 yaralı
Tacikistanla Qırğızıstan sərhədində yerləşən Voruh kəndində tacik və qırğız vətəndaşlar arasında baş verən gərginlik nəticəsində bir tacik dünyasını dəyişib.
Manevr.az-ın xəbərinə görə, Tacikistan Sərhəd Qoşunlarından verilən açıqlamada bildirilir ki, bu ölkəyə aid olan Voruh kəndində iki ölkə vətəndaşları arasında qarşıdurma olub.
Gərginlik Voruh kəndi yaxınlığındakı mübahisəli bölgədə qırğız rəsmilərinin hökumətlərarası protokola zidd olaraq, yol inşa etməsinə tacik vətəndaşlarının etirazı zamanı baş verib.
Gərginlik zamanı daş, zopa və ov tüfənglərindən istifadə edilib. Qarşıdurma zamanı 10 tacik yaralanıb, 1-i isə ölüb.
Gərginlikdən sonra Qırğızıstan rəsmiləri Tacikistandan Voruha gedən yolu bağlayıb.
Bölgədə durum hər iki ölkə sərhəd qoşunlarının hissələri tərəfindən nəzarətə alınıb və rəsmilər arasında müzakirələr başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar