Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısı 7 aylıq maaşını tələb edir

Tarix: 14-03-2019 07:40     Baxış: 3262 A- / A+
Sabiq icra başçısı 7 aylıq maaşını tələb edir

Gürcüstanın Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazov 7 ay ərzində ona ödənilməmiş əmək haqqını tələb edir.

Manevr.az report-a istinadən xəbər verir ki, bununla bağlı o, rayon sakrebulosuna müraciət edib.

Müraciətə bu gün rayon bələdiyyəsinin iclasında baxılıb.

Marneuli bələdiyyəsinin Aparat rəhbəri Nino Beridze bildirib ki, T.Abazovun tələb etdiyi əmək haqqının ümumi məbləği 32800 lari (12 min dollardan çox) təşkil edir.

Aparat rəhbəri deyib ki, sabiq icra başçısının müraciəti sabah Marneuli rayon icra hakimiyyətinə göndəriləcək: "Sənəd müvafiq departamentdə nəzərdən keçiriləcək. Temur Abazovun tələbi qanun çərçivəsində olacağı təqdirdə təmin ediləcək".

Qeyd edək ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Marneulidə icra başçısı seçkiləri bu ilin mayında keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar