Xəbər lenti
Putin azərbaycanlı milyarderlərin obyektindəki axtarışı bilirmiş
Rusiya paytaxtında azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevin səhmdarı olduğu “Sadovod” bazarı, “Moskva” ticarət mərkəzi, eləcə də “Fud Siti” aqroklasterində “Rosqvardiya”nın əməkdaşları tərəfindən aparılan axtarışlarla bağlı yeni detallar məlum olub.
DİN-in iqtisadi cinayətlərə qarşı mübarizə İdarəsinin əməkdaşları miqrasiya qanunvericiliyi sahəsində cinayətlərin qarşısının alınması yönündə tədbirlər çərçivəsində bu obyektlər mühasirəyə alındıqdan sonra içəri daxil olublar. Uzun müddət davam edən reydlər nəticəsində onlarla insan saxlanılıb, 19 nəfər barəsində miqrasiya qanunvericiliyinin pozulmasına görə protokol tərtib edilib. Qeyd olunur ki, saxlanılanlardan biri öz ölkəsində hərbi xidmətdən yayınıb və axtarışda imiş.
Nəşr yazır ki, sözügedən obyektlərdə kütləvi reydlərdən öncə bu məsələ Rusiya prezidenti Vladimir Putinə məruzə edilib. Belə ki, yoxlamaların birinci günü prezident Putin “Rosfinmonitorinq”in direktoru Yuri Çixançini qəbul edib. Çixançin görüşün mətbuat üçün keçirilən açıq hissəsində prezidentə nağd pulların qeyri-leqal dövriyyəsi problemindən danışıb, bildirib ki, bu biznes başqa sektorlara, xüsusilə ticarətə keçir.
Görüşün qapalı hissəsində isə o, nağd pulların qeyri-leqal dövriyyəsinin əsasən “Moskva”, “Sadovod” və “Fud Siti” bazarlarında həyata keçirildiyinə dair məlumat verərək bildirib ki, bu məbləğ 245 milyard dollar təşkil edir.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar