Xəbər lenti
Bu hadisə Türkiyə-ABŞ ittifaqına son qoyacaq - Ankaraya SİQNAL
"S-400" Rusiya zenit-raket kompleksi Türkiyə-Amerika ittifaqına son qoya bilər.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, bu haqda "War On The Rocks" nəşri yazıb.
"S-400" zenit-raket kompleksləri yeni reallığı əks etdirir. Birləşmiş Ştatlarda "S-400"-ləri təhdid olaraq görür. Hazırda türk pilotlarının uçmaq üçün təlim keçdiyi "F-35" təyyarələri Türkiyəyə heç vaxt çatdırılmaya bilər. Vaşinqtonda ehtiyat edirlər ki, güclü "S-400"-lərin malik olduğu hərəkət radiusu Rusiyaya ABŞ və NATO qırıcısı haqqında məlumatları toplamağa və istifadə etməyə imkan verəcək. Buna görə də Birləşmiş Ştatlar Türkiyəyə "F-35" ixracının bloklanması imkanına baxır", - nəşr qeyd edib.
Nəşr yazdığına görə, beləliklə, Türkiyə siqnal alacaq ki, Rusiyayla dostluğa görə ona qərb müdafiə texnikasını etibar etmək olmaz.
Qeyd edək ki, "S-400" komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 "S-400" divizionu çatdırılacaq.
Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, "S-400"-lərin alınması qabaqcıl texnologiyaların və "F-35" qırıcıların Türkiyəyə satışının və Ankaranın "F-35" proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.
Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta "Patriot" sistemlərin alınması halında belə, "S-400"-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.
Bu günlərdə Türkiyənin müdafiə naziri Hulisi Akar bildirib ki, Türkiyədə "S-400" zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton "Patriot" sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar