Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır - Ukrayna mediası

Tarix: 09-03-2019 17:21     Baxış: 3329 A- / A+
Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır - Ukrayna mediası

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır.

Manevr.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimri Lanovoy məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı gəlirlərini artımaq üçün “müharibəni uzatmaqla” məşğuldur. Bu il isə o, keçən illə müqayisədə gəlir bəyannaməsini 82 dəfə artıq göstərib.

V.Lanovoy son günlərdə Rusiyadan köhnə hərbi texnika alınaraq Ukrayna ordusuna satılması ilə bağlı yaranan qalmaqalla gündəmə gələn “Leninskaya kuznitsa” adlı zavodu satmaq istədiyini bildirib.

“Bütün bunlar Poytr Poroşenkonun vəziyyətin ümidsizliyini dərk edərək ölkədən qaçmaq niyyətini nümayiş etdirir”,-deyə keçmiş nazir fikrini söyləyib.

Bu yaxınlarda isə Pyotr Poroşenkonun atdığı yeni addım xüsusi marağa səbəb olub. Belə ki, dövlət başçısı sələfi Viktor Yanukoviçin 2014-cü ildə səlahiyyətlərindən məhrum edilməsini Konstitusiya məhkəməsində mübahisələndirib.

Prezidentin müraciəti Konstitusiya məhkəməsində rəsmən qeyd alınıb.

Ukraynanın bir çox siyasətçisi ölkə liderinin bu addımına sərt təpki göstəriblər.

“Radikal partiya”nın lideir Oleq Lyaşko Poroşenkonun bununla gələcəkdəki eyni ssenarinin başına gəlməsindən özünü sığortalamaq istədiyini deyib.

Qeyd olunur ki, hələ 2017-ci ilin martında Ali Radanın keçmiş deputatı Vladimir Oleynik Pyotr Poroşenkonun bütün pullarını və xüsusi incəsənət əsərlərini İspaniyaya köçürdüyünü bəyan etmişdi.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar