Xəbər lenti
Putin zamanında Stalinə pərəstiş artıq dövlət siyasətinə çevrilib -Qərb mətbuatı
Artıq uzun müddətdən bəri bəşəriyyət tarixinin 3 ən böyük cəlladından biri sayılan bir adam Rusiyada yenidən böyük dövlət adamı və uğurlu siyasətçi üçün nümunə olaraq göstərilir. Bu isə İosif Vissarionoviç Stalindən başqası deyil.
Onun 26 illik (1927-1953) diktaturası dövründə 20 milyon insan öldürülüb, lakin Rusiyada Stalin hələ də pərəstiş mənbəyi sayılır”,-deyə Almaniyanın “Bild” qəzetindən Peter Tide yazır.
Alman jurnalist Stalinin bacarıqlı rəhbər rolunda yenidən məktəb proqramlarında yer aldığını qeyd edir.
“Lakin kommunist rəhbərin ölüm ildönümündə Qırmısı meydanda təşkil olunan “Yoldaş Stalin üçün iki qərənfil” aksiyasına gələnlərin arasında Putin Rusiyasında qırmızı terrorun əsas müəllifinin aliləşdirilməsinə etiraz edənlər də tapılıb. Belə ki, aktivistlərdən biri qərənfilləri Stalinin büstünə tulladıqdan sonra “Cəhənnəmə vasil ol, xalqların cəlladı, qadın və uşaqların qatili!” deyə qışqırıb. Nəticə: həbs və nəzarət təcridxanası”,- deyə məqalədə yazılıb.
“Putin Rusiyasında Stalinin ünvanına hər hansı tənqid qadağandır. Kremlin rəsmi tarixində İosif Stalinin qurbanları mövcud deyil. Onun əmri ilə kazakların öldürülməsi, bütöv xalqların yurdlarından sürgün edilməsi, milyonlarla ukraynalının aclıq içində buraxılaraq ölümə məhkum edilməsi, alimlərin, incəsənət xadimlərinin, ziyalıların, sosial-demokratlarln, hətta kommunistlərin belə güllələnməsi, QuLAQ düşərgələrinə göndərilməsi, Hitlerin konslagerlərinə bənzər qapalı təcridxanaların yaradılması barədə Ruisyadakı dərsliklərdə yazmaq sadəcə qadağan olunub.
Mətbuatda və televiziya kanallarında yalnız Stalin SSRİ-sinin ölməz qəhrəmanlarından danışılır”,-deyə müəllif Peter Tide vurğulayır.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar