Xəbər lenti
ABŞ-la Fransanı kəllə-kəlləyə gətirən sirli casus – MKİ-nin, yoxsa KQB-nin adamı?...
58 il əvvəl 1961-ci ilin dekabrında Finlandiyanın paytaxtı Helsinkidə qeyri-adi hadisə baş verdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yerli rezidenti Frank Frayberqin mənzilinə SSRİ səfirliyinin hərbi attaşesi, KQB mayoru Anatoli Qoliçin gəldi. Mayorun xanımı və qızı da onunla bərabər idi. Anatoli MKİ nümayəndəsinə özünü tanıdır, bildirir ki, Amerika kəşfiyyat xidməti üçün onda vacib informasiyalar var. Mayor bu informasiyaların qarşılığı olaraq ABŞ-dan siyasi sığınacaq tələb edir.
Manevr.az teleqraf.com-a istinadən bu maraqlı kəşfiyyat oyunu ilə bağlı məqaləni təqdim edir.
Bu hadisədən ciddi təəccüblənən MKİ rezidenti Frayberqin çılğın formada düşünməyə başlayır.
Bu təxribatdır, uğurdur, MKİ-nin öz oyunudur, yoxsa necə?
Ancaq az sonra Frank Frayberqin müəyyən edir ki, KQB zabiti 1953-cü ildə Avstriyada KQB xətti ilə əks-kəşfiyyat xidmətində iştirak edib. Ancaq o zaman KQB əks kəşfiyyatçısını “verbovka” etmək mümkün olmayıb, çünki onu təcili Moskvaya çağırıblar.
İndi sovet kəşfiyyatçısı özü ayağı ilə yeni ağalarına xidmət etmək üçün gəlib. KQB mayoru açıq şəkildə qeyd edir ki, işlədiyi qurumun əməkdaşlarından ciddi şəkildə ehtiyat edir, çünki KQB onun “ovuna” çıxıb. Qısa müddət ərzində sovet kəşfiyyatçısı Stokholm və Frankfurt vasitəsilə Amerikaya çatdırılır.
Bu hadisədən az sonra Con Stone (ABŞ-da onun yeni adı belə idi) ilk növbədə köhnə həmkarlarını, Finlandiyanı belə əhatə etməyən bütün əməkdaşların ad və soyadını MKİ-yə təqdim edir. O, MKİ rəhbərlərini KQB-nin Avropada ciddi at oynatdığını, hətta miqrasiya mövzusunda bütün məsələlərə təsir etdiyinə inandırır.
Daha maraqlısı KQB mayorunun iddiası idi. Bu iddiaya görə, ABŞ-ın hakim dairəsinin əksər nümayəndələri KQB agentləri idi. ABŞ-da belə bir rəy yaranmışdı ki, Anatoli Qoliçin informasiya imkanlarına görə kəşfiyyat sahəsində ciddi fiqurdur. Hətta o, ABŞ-dan KQB-yə qarşı fəaliyyət üçün 15 milyon dollar ayrılmasını belə istədi. Bu fəaliyyətin qarşılığı olaraq onun özünə yüksək səviyyəli təqaüd söz verildi.
KQB-nin “xain” əməkdaşına sözsüz ki, bu qədər pul verilmədi. Bununla yanaşı prezident Kennedinin qardaşı Robert Kennedi, dövrün ədliyyə naziri yanında MKİ direktoru Con Mcovani ilə görüşlər keçirdi. O, yüksək səviyyəli rəsmiləri şübhə altına sala bildi. Artıq hər kəs Con Stonenin həqiqətən qiymətli qaynaq olduğuna əmin idilər. Onun MKİ-nin əks-kəşfiyyat idarəsinin rəhbəri Ceyms Anqletonla görüşündən sonra isə yaşıl işıq yandırıldı. Onun zəkası sayəsində MKİ-nin onlarla əməkdaşı işini itirdi.
Bu ərəfədə “məşhur agent” İngiltərəyə dəvət olundu. O, Britaniya xüsusi xidmət orqanlarına qoşulan KQB agentlərinin ifşasında Mİ-5-ə kömək etməli idi. Bu o ərəfə idi ki, məşhur Kembric “beşliy”i dağılmış, Kim Flipp 1963-cü ildə SSRİ-yə qaça bilmişdi. O, Britaniyada İşçi Partiyasının lideri Harold Vilsonu qaraladı, bağlı qapılar arxasında onun KQB ilə yaxınlığı iddiasını irəli sürdü.
Seçkilərdə baş nazir seçilən Vilson sonradan istefa verməyə məcbur edildi. Burada da İngiltərə kəşfiyyatı daxilinə şübhə toxumları səpən KQB mayoru əvəzində ingilis dövlətindən xidmətlərinə görə böyük pullar aldı. Buna rəğmən KQB casuslarının birinin adını belə Mİ-5-ə vermədi.
ABŞ-ın əlinə düşən məşhur KQB informatorunun fəaliyyəti nəticəsində ABŞ və Fransa xüsusi xidmətləri arasında qarşıdurmalar müşahidə olunmağa başladı, nəticədə Fransa 1966-cı ildə NATO-nu tərk etdi.
Hər şey 1975-ci ildə başa çatdı. MKİ-nin əks-kəşfiyyat idarəsinin rəhbəri Ceyms Anqletonun işdən çıxması ilə Qoliçin də fəaliyyətini dayandırdı və ədəbiyyat sahəsinə keçdi.
Ən qəribəsi budur ki, fəaliyyəti zamanı qərb kəşfiyyat strukturlarında ciddi şübhə toxumu səpəm “xain”in kimliyi, MKİ-yə xidmət edib-etmədiyi açıq bilinmədi. SSRİ-də barəsində ölüm hökmü verilsə də KQB-nin zabitləri Qoliçinin xain olduğuna əsla inanmırdı.
Anatoli Qoliçinlə bağlı məxfi arxiv materiallarının olub-olmadığı hələ də bəlli deyil.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar