Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər

Tarix: 05-03-2019 08:22     Baxış: 4221 A- / A+
Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər

Çin alimləri infraqırmızı diapazonda insanın qaranlıqda görməsini təmin edən texnologiya icad ediblər. Yeni texnologiya gecə görmə cihazlarını effektini verir.

Manevr.az
Azərtac-a istinadən bildirir ki, yeni cihazdan istifadə etmək üçün kiçik nanohissəciklərin nazik təbəqəsini gözün retinasına yerləşdirmək və fotoreseptorların adətən görmə spektrinin arxasında yerləşən infraqırmızı şüalanmaya reaksiyasını təmin etmək kifayətdir.

Çinin Elmi Texniki Universitetinin alimlərinin hazırladıqları bu texnologiya siçanlar üzərində uğurla sınaqdan çıxarılıb və onun insan gözü üçün də eyni effekti verəcəyi ehtimal olunur.

Görünməyən infraqırmızı şüaları qəbul etməyə qadir olan siçanların gözləri preparatın yerləşdirilməsindən sonra bir neçə həftə ərzində bu effekti qoruyub saxlaya bilıb. Bununla yanaşı, onların görmə qabiliyyətində heç bir kənar effekt müşahidə olunmayıb.

Doğrudur, qaranlıqda görməni təmin edən yeganə üsul nanohissəciklərin birbaşa gözün retinasına daxil edilməsidir. Lakin alimlər istisna etmirlər ki, gələcəkdə bu üsulu dəyişdirə biləcəklər və gözə sadəcə damcı salmaqla həmin effektə nail olacaqlar.

Bizim gözümüzdə yerləşən retina dəqiqliyi ilə əks istiqamətdə işləyir: ona düşən işıq elektrik sinqallarına çevrilərək beyində inikas olunur. Bütün bu prosesləri daxili qişada yerləşən fotoreseptorlar - çubuqlar və konuslar adlanan təbəqələr yerinə yetirir.

Lakin onların həssaslığı çox məhduddur və görünən işıq seli infraqırmızı (istilik) və ultrabənövşəyi şüalanma diapazonu yaradan elektromaqnit spektrinin çox cüzi hissəsini təşkil edir. İşıq dalğalarının böyük bir hissəsi isə bizim üçün görünməz olaraq qalır.

Bu məsələdə bir çox canlıların bəxti daha çox gətirib. Məsələn, ağcaqanadlar, habelə ilanların bəzi növləri və balıqlar infraqırmızı diapazonda görmə qabiliyyətinə malikdirlər. Onlar bunun sayəsində gecələr və ya soyuq su hövzələri şəraitində asanlıqla ov edə bilirlər. Çünki, onların ovladığı istiqanlı canlılar daha soyuq fonda aydın görünürlər.

Bəşəriyyət bütün bu imkanları gecə görmə cihazları ilə imitasiya etməyə nail olub. Hazırda ovçular, hərbçilər və xilasedicilər bu cihazlardan geniş şəkildə istifadə edirlər.

Aparat insanın görə bilmədiyi infraqırmızı şüalanmanı tutur və dalğaları qısaldaraq görməli vəziyyətə gətirir.

Çin alimlərinin hazırladıqları nanohisəciklər zülal molekulları örtülü və fotoreseptorların üzərinə əlavə edildikdə həmin prinsip üzrə işləyirlər. Onlar çubuqları və konusları cəlb edir və görünməyən şüalanmanı spektrin görünən yaşıl hissəciklərinə çevirirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar