Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putindən Türkiyədə sərt qarşılanacaq addım: "Osmanlıdan Qurtuluş" günü təbriki

Tarix: 04-03-2019 08:05     Baxış: 3283 A- / A+
Putindən Türkiyədə sərt qarşılanacaq addım: "Osmanlıdan Qurtuluş" günü təbriki

Rusiya prezidenti Vladimir Putin Bolqarıstan prezidenti Rumen Radevə təbrik məktubu yollayıb.

Manevr.az xəbər verir ki, Putin həmkarını Bolqarıstanın Osmanlı imperatorluğundan qurtuluşun 141-ci ildönümü münasibətilə təbrik edib.

Bu barədə Kremldən açıqlama verilib.

Təbrik məktubunda “Bolqarıstanın milli bayramı olan “Osmalıdan Qurtuluş Günü” münasibətilə sizi təbrik edirəm. Bolqarıstanın azadlığı və müstəqilliyi üçün qəhrəmancasına mübarizə aparan rus əsgərlərinin və bolqar milislərinin əldə etdiyi bu uğur xalqlarımızın yaddaşlarındakı yerini əbədi qoruyacaq” sözləri qeyd edilib.

Qeyd edək ki, 3 mart 1878-ci ildə Rusiya və Osmanlı İmperatorluğu iki dövlət arasındakı müharibəyə son qoyan və Üçüncü Bolqar Krallığının 1908-ci ildə qurulması üçün ön şərtləri özündə ehtiva edən “Yaşılkənd” sülh razılaşmasını imzalamışdı. Bu xüsusi gündə döyüşlərdə həlak olan rus və türk əsgərlərinin anım mərasimləri keçirilir.

Xatırladaq ki, Osmanlının varisi olan Türkiyə Rusiya ilə hazırda yaxın siyasi-diplomatik münasibətlərdədir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar