Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük Britaniya və Rusiya arasında yeni qalmaqal -indi də rusiyalı səfirin qaranlıq keçmişi üzə çıxdı

Tarix: 03-03-2019 22:57     Baxış: 4185 A- / A+
Böyük Britaniya və Rusiya arasında yeni qalmaqal

Böyük Britaniya İcmalar palatasının (parlament) 2 üzvü-Mühafizəkarlar partiyasından Bob Sili və müstəqil deputat Yen Ostin xarici işlər naziri Ceremi Hantın adına məktub göndərərək Rusiyanın ölkədəki səfiri Aleksandr Yakovenkonun keçmiş DTK və Rusiya hərbi kəşfiyyatı (QRU olaraq daha çox tanınır-red.) ilə əlaqələrinin araşdırılmasını tələb ediblər.

Yerli “The Mail on Sunday” qəzetinin məlumatına əsasən, A.Yakovenko SSRİ-nin BMT-dəki daimi nümayəndəliyində çalışarkən casusluq fəlaiyyəti ilə də məşğul olub. Qəzet bu iddiasını Sovet İttifaqının 1985-1986-cı illərdə BMT-dəki nümayəndəliyində qulluq etmiş əməkdaşlarının siyahısına görə əsaslandırıb. Burada A.Yakovenkonun həmin dövrdə ABŞ tərəfindən qovulan 25 sovet diplomatının içində olduğu ortaya çıxıb.

“The Mail on Sunday” həmin vaxt Ronald Reyqan administrasiyasının qovulma hadisəsini “DTK və QRU-ya vurulan ən böyük zərbə kimi qiymətləndirdiyini” xatırladıb.

Ümumiyyətlə isə 1986-cı ildə ABŞ-SSRİ diplomatik münaqişəsinə görə SSRİ-nin 30 amerikalı diplomatının ölkədən çıxarmasına cavab olaraq rəsmi Vaşinqton Sovet İttifaqının Vaşinqton, Nyu-York və San-Fransiskodakı nümayəndəliklərində xidmət göstərən 80 əməkdaşını “persona non qrata” elan etmişdi.
Böyük Britaniya və Rusiya arasında yeni qalmaqal


Britaniya parlamentinin yuxaırda adları çəkilən və həm də xarici əlaqələr komitəsinin üzvü olan deputatları indi A.Yakovenkonun bəhs olunan dövrdə hansı səbəblərdən ABŞ-dakı faəliyyətinə son verildiyinə aydınlıq gətirilməsini istəyirlər.

“Biz bilirik ki, Rusiya Birləşmiş Krallıqdakı casuslarının sayını kifayət qədər artırıb. Səfir üçün bundan daha yaxşı kim namizəd ola bilər. Mən şübhələnirəm ki, cənab Yakovenkonun komik obrazının arxasında əsl hiyləgər əməliyyatçının obrazı gizlənib”,-deyə Bob Sili bildirib. Böyük Britaniyanın keçmiş xarici işlər naziri Malolm Rifkind də hazırkı situasiyada rəsmi Londonun ABŞ-la Yakovenkonun diplomatik keçmişi barədə informasiya mübadiləsi aparmalı olduğunu düşündüyünü söyləyib.

Rusiya səfirliyi isə məsələ ilə bağlı sərt reaksiya verərək səfir Yakovenkonun qəzetdən rəsmi şəkildə üzr istəməsini gözlədiyini bildirib.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar