Xəbər lenti
Rusiyanı içəridən dağıtmaq üçün “Troya atı”?
ABŞ-ın Rusiyaya qarşı hazırlamaqda olduğu “Troya atı” planı siyasi təzyiqin və hərbi gücün birləşməsini nəzərdə tutur.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov bildirib.
“Troya atı” planı haqda fevralın sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general Devid Qoldfayn açıqlamışdı. Generalın bildirdiyinə görə ABŞ bu strategiyanı Rusiya və Çin kimi ölkələrə tətbiq etməyi nəzərdə tutur.
Planın əsas prinsipi düşmən ərazisinə eyni zamanda havadan, qurudan və dənizdən gizli şəkildə girməkdən ibarətdir. Planının işlənib hazırlanmasına bir il vaxt və 13 milyard dollar sərf olunacaq. General Qoldfayn bildirib ki, “Troya atı” planı çərçivəsində F-35 qırıcılarından da istifadə etmək nəzərdə tutulur.
General Valeri Gerasimov isə bildirib ki, ABŞ-ın bu planının mahiyyəti Rusiya daxilində siyasi qeyri-stabillik yaratmaq və eyni zamanda ən mühüm obyektlərə zərbə endirməkdən ibarətdir. “Mahiyyət bundan ibarətdir ki, “beşinci kalonun” etiraz potensialından vəziyyətin destablizasiyası üçün istifadə edilsin və eyni zamanda ən mühüm obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələr endirilsin”-o deyib.
Baş qərargah rəisi əlavə edib ki, Rusiya buna cavab olaraq “fəal müdafiə strategiyası” hazırlayır. Lakin o planın təfərrüatları barədə danışmayıb.
Bundan əvvəl martın 2-də general Gerasimov demişdi ki, ABŞ müttəfiqləri ilə birlikdə onların xoşuna gəlməyən ölkələrə qarşı hücum xarakterli hərbi əməliyyatlar üzərində işləyir. Vaşinqtonun məqsədi dövlətçiliyin ləğvi, suverenliyin sarsıdılması və hakimiyyət orqanlarının dəyişməsidir. “İraqda, liviyada və Ukraynada da belə olub. Hazırda analoji fəaliyyət Venesuelada həyata keçirilir”-o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar